ALORA (şərbət)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: Hər 5 ml Alora şərbətinin tərkibində 694,444 mq Passiflora duru ekstraktı.
Köməkçi maddələr: kristal şəkər, qliserin, etil spirti, nipagin, nipasol, təmizlənmiş su.

 

Farmakoloji xüsusiyyətləri:
Passiflora ekstraktı Passiflora inkarnata-dan alınan sedativ preparatdır. istifadə edən şəxslərdə sakitləşdirici təsir göstərir, gərginlik və narahatlıq hisslərini, həmçinin spazmı aradan qaldırır.

 

Istifadəsinə göstərişlər:
Yuxusuzluq, sıxıntı, narahatlıq, depressiyalar, gərgin vəziyyətlər, sinir sisteminin pozğunluğu ilə əlaqəli mədə-bağırsaq və ürək damar sistemində baş verən patologiyalar, əsəbiliklə əlaqədar olaraq arterial təzyiqin artması, menopauza dövründə əmələ gələn sıxıntı və gərginlik halları.

 

Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. 3 yaşdan kiçik uşaqlar.

 

Xüsusi göstərişlər:
Bu preparatın tərkibində 11,111 % etanol (alkoqol)vardır. Bu, alkoqoldan asılılığı olanlar üçün zərərli ola bilər. Hamilələr, əmizdirən qadınlar, uşaqlar və qaraciyər xəstəliyi yaxud epilepsiya kimi yüksək risk qrupundan olan şəxslər nəzarət altında olmalıdır. Hamilələrdə və südverən analarda həkim nəzarəti altında istifadə olunmalıdır. Diqqət tələb edən mexanizmlərdən və avtomobildən istifadə etmək tövsiyə olunmur. Gözlənilməyən bir effekt olduqda həkimə müraciət edin. istifadədən əvvəl diqqətlə preparatın təlimatı ilə tanış olun. Digər dərmanlardan istifadə etdikdə mütləq həkimə bildirin.

 

Digər preparatlarla qarşılıqlı əlaqəsi:
MSS tormozlayıcı təsir göstərən preparatlarla (alkoqol, barbituratlar, trankvilizatorlar və s.)birgə təyin etdikdə sedativ və yuxugətirici effektin güclənməsi unudulmamalıdır. Aspartam qəbul edən şəxslərdə sidikdə çöküntü əmələ gələ bilər (fenilketonuriya).

 

İstifadə qaydası və dozası:
Həkim tərəfindən başqa təyinat olmadıqda:
Gün ərzində 1-2 ölçü qaşığı yeməkdən əvvəl. Yuxu pozğunluqlarında yatmazdan 1 saat əvvəl 2 ölçü qaşığı.
Uşaqlarda: Bir dəfəyə 1/2 ölçü qaşığından artıq verilməməlidir.

 

Əlavə təsirləri:
Hiperhəssaslıq (vaskulit), ürəkbulanma və taxikardiya. Başvermə tezliyi qeydə alınmayıb.

 

Buraxılış forması: 100 ml şərbət, şüşə flakonda. 1 flakon, 5 ml ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə, qutuda saxlanılmalıdır.
Yararlılıq müddəti: 3il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərtləri: Reseptsiz buraxılır.

 

Qeydiyyat sahibi: NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. İstanbul Türkiye

İstehsalçı: NOBELFARMA İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Düzce Türkiye