EXİNALİD PLYUS (çeynənilən tablet N.20)

İmmunostimulyator

 Qrip, Sətələcəm, Angina, Bronxit, Herpes (uçuq)

 

Tərkibi:

  • Exinaseya (quru ekstraktı) - 30mq;
  • Vitamin C - 50mq;
  • Propolis tinkturası - 60mq;
  • Qinkqo biloba (quru ekstraktı) - 10mq.

 

Dozalanması: 1 tablet gün ərzində 3 dəfə yeməkdən sonra qəbul olunur.


Farmokoloji təsiri:

Bitki mənşəli immunostimulyatordur, iltihabəleyhinə, antimikrob, antivirus, antioksidant təsirlərə malikdir.

 

Exinalid plyus (qinkqo biloba): qan dövranını normallaşdırır, sirkulyar çatışmazlığı aradan qaldırır, bronxial astma tutmalarının qarşısını alır, sakitləşdirici və spazmolitik xüsusiyyəti vardır.

  • Orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
  • Təkrar yoluxmaların qarşısını alır.
  • Antimikrob, antivirus təsir göstərir.
  • Müalicə kursunu qısaldır.

 

İstifadəsinə göstərişlər:

İnfeksion xəstəliklərin müalicə və profilaktikası, ağız boşluğunun, qırtlağın, badamcıqların xroniki infeksion-iltihabı xəstəlikləri (angina, faringit), yuxarı və aşağı tənəffüs yaollarının xəstəlikləri (bronxit, sətəlcəm), KRİX (qripə) tez-tez yoluxan şəxslər, uzun sürən sistemli xəstəliklər (revmatizm).

 

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə yüksək həssaslıq.

 

Buraxılış forması: 30 tablet.