TROKSEVAZİN 2% - TROXEVAZIN (xaricə istifadə üçün gel)
Beynəlxalq patentləşdirilməmiş adı: Trokserutin - Troxerutin
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 q gelin tərkibində 20 mq trokserutin vardır.
Köməkçi maddələr: karbomer, trietanolamin, EDTA-nın dinatrium duzu, benzalkonium-xlorid, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu: Angioprotektor dərman vasitəsi.
ATC kodu: C05CA04.

 

Farmakoloji xüsusiyyətləri:
TROKSEVAZİN gelinin əsas komponenti trokserutindir. O, damar divarlarının tonusunu artırır və onların yüksəlmiş keçiriciliyini azaldır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir. Beləliklə, ödemi aradan qaldırır, venoz çatışmazlığı nəticəsində baş verən müxtəlif ağrılı dəyişikliklər zamanı damarların qidalanmasını yaxşılaşdırır.

 

İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklərin simptomatik müalicəsi üçün:
- venoz çatışmazlıq;
- varikoz və varikoz öncəsi sindromlar;
- səthi tromboflebit, flebit və postflebit vəsiyyətlər;
- əzələ yığılmaları
- hemorroidal xəstəliyin kompleks müalicəsində.

 

Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

 

Ehtiyat tədbirləri:
Əgər Sizdə hər hansı digər xəstəlik varsa TROKSEVAZİN geli ilə müalicədən əvvəl bu barədə həkiminizə məlumat verin! TROKSEVAZİN gelini selikli qişalara, açıq yaralara və dərinin ekzematoz nahiyələrinə sürtmək olmaz.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Bu vaxta qədər öyrənilməmişdir. Preparatla müalicə zamanı digər dərman preparatlardan istifadə etsəniz, bu barədə həkiminizə məlumat verin.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Dölə və südəmər uşağa arzuolunmaz təsiri barədə məlumat yoxdur.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: təsir göstərmir.

 

İstifadə qaydası və dozası:
Lazım olan miqdarda gel səhər və axşam zədələnmiş nahiyəyə sürtülür, preparat tam sorulana qədər yüngül əl hərəkətləri ilə masaj edilir. Preparatın iyi yoxdur və o, paltarda yağlı ləkə qoymur.
Daha ağır hallarda Troksevazinin kapsulları ilə birlikdə istifadə olunması məsləhət görülür.

 

Əlavə təsirləri:
Troksevazin gelindən istifadə zamanı çox nadir hallarda dərinin qızarması. Qaşınma, dəri səpgiləri meydana çıxa bilər. Adətən onlar preparatla müalicə dayandınldıqdan sonra tez bir zamanda aradan qalxır. Əgər preparatla müalicə müddətində Sizdə hər hansı arzuolunmaz reaksiya baş verərsə müalicənin davam etdirilib etdirilməməsi barədə həkimlə məsləhətləşin.

 

Doza həddinin aşılması:
Əgər preparatdan çox miqdarda istifadə etmisinizsə, həkimə müraciət edin. Böyük müalicəvi genişliyə malik olduğundan və yerli olaraq istifadə edildiyindən preparatdan istifadə zamanı doza həddinin aşılması təhlükəsi yoxdur. Təsadüfən preparat yüksək miqdarda udularsa, onun orqanizmdən xaric edilməsi üçün ümumi tədbirlər (qusdurucu preparatlardan istifadə) görmək və simptomatik müalicə aparmaq lazımdır. Göstəriş olarsa peritoneal dializ aparıla bilər.
Əgər doza həddinin aşılması əlamətlərini hiss etsəniz, dozanın azaldılmasının və ya preparatla müalicənin dayandırılması məsələsini həll etmək üçün həkimə müraciət edin.

 

Buraxılış forması: 40 q, membran alüminium tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz!

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək
olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

Istehsalçı: Balkanfarma - Troyan AD, Bolqariya 5600