İMİDİN N (nazal aerozol)

Preparatın istifadəsinə aid təlimat (xəstələr üçün)

 

Tərkibi:
Aktivi maddə: Ksilometazolin hidroxlorid 1,0 mq/ml.

Köməkçi maddələr: Benzalkoniy xlorid, monohidrat limon turşusu, natrium sitrat dihidrat, qliserin 85%, təmizlənmiş su.

 

Təsviri: Rəngsiz, şəffaf maye, demək olar ki iysiz.

Farmakoterapevtik qrupu: alfa-simpatomimetik.

ATC kodu: R01AA07.

 

Farmakoloji təsiri:
Vazokonstriktiv təsir göstərərək selikli qişanın şişkinliyini tez və effektiv olaraq aradan qaldırır. 5-10 dəqiqəyə effekt göstərir və 6-8 saat ərzində öz təsirini saxlayır.

 

İstifadəsinə göstərişlər:
Zökəm zamanı bumun selikli qişasının şişkinliyi, vazomotor rinit (Rhinitis vasomotorica), allergik rinit (Rhinitis allergica).
İmidin N nazal aerozolu böyüklər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.

 

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • Burnun selikli qişasının quru iltihabı (Rhinitis sicca);
  • Transsfenoidal hipofizektomiyadan sonrakı vəziyyət və ya sərt beyin qişasında aparılan digər cərrahi müdaxilələrdən sonra;
  • 6 yaşa qədər uşaqlar;
  • Preparatın tərkibində köməkçi maddə kimi benzalkoniy xlorid var, bu maddəyə qarşı yüksək həssaslığı olan insanlara İmidin N təyin olunmamalıdır.

 

Ehtiyatla təyin olunmalıdır:
-  monoaminooksidazanın ingibitorları ilə və ya qan təzyiqini qaldıran hər hansı bir dərman vasitəsilə müalicə alan xəstələrə;
-  yüksək gözdaxili təzyiqdə, əsasən qapalı qlaukomada;
-  ürək-damar sisteminin ağır xəstəliklərində (məsələn, ürəyin koronar xəstəliyi, hipertoniya);
-  feoxromositoma zamanı;
-  maddələr mübadiləsi pozğunluğu zamanı (hipertireoz, şəkərli diabet);
-  porfiriya zamanı;
-  prostat vəzin hiperplaziyası zamanı;
Uzun müddət ödəm əleyhinə rinolitik nazal aerozolların istifadəsi burnun selikli qişasının atrofiyasına gətirib çıxara bilər.

 

İstifadə qaydası və dozalanması:

  • Böyüklərə və məktəb yaşlı uşaqlara gündə 3 dəfə hər burun dəliyinə 1 dəfə püskürtmək.
  • İlk istifadədən əvvəl flakonu ağzı yuxarı tutaraq bir neçə dəfə püskürtmək lazımdır.
  • 5-7 gündən çox istifadə etmək məsləhət görülmür, ancaq həkim təyin edərsə istifadə edilə bilər.
  • İmidin N nazal aerozolu bir neçə gün fasilədən sonra təkrari təyin edib bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
İmidin N nazal aerozolu hamiləlik dövründə istifadə olunmur, çünki, preparatın dölə təsiri haqqında kifayət qədər məlumat yoxdur. Laktasiya dövründə də istifadə məsləhət görülmür, çünki, təsiredici maddənin ana süd keçməsi haqda məlumat yoxdur.

 

Əlavə təsirləri:
Tənəffüs sisteminə: Müvəqqəti qıcıqlanma simptomlar (asqırma, burnun selikli qişasının quruluğu, qıcıqlanma hissi).
Sinir sisteminə: Çox nadir hallarda baş ağrısı, yuxusuz, yorğunluq, narahatlıq hissi, hallusinasiyalar müşahidə olunur.
Ürək-damar sisteminə: Nadir hallarda - taxikardiya, hipertoniya. Çox nadir hallarda – aritmiya.
Əzələ və sümük sisteminə: Çox nadir hallarda konvulsiyalar.
Immun sisteminə: Çox nadir hallarda hiperhəssaslıq reaksiyaları (angioödəm, səpki, qaşınma)

 

Doza aşımı:
Doza aşımı zamanı və ya preparat təsadüf nəticəsində daxilə qəbul edilərsə aşağıdakı simptomlar müşahidə oluna bilər: Bəbəyin genişlənməsi, ürəkbulanma, spazmalar, ürək-damar pozğunluqları (taxikardiya, aritmiya, təzyiqin qalxması), tənəffüs funksiyasının pozğunluğu (ağciyər ödemi), psixi pozğunluqlar.
Bu zaman istifadə olunan terapevtik üsullar: aktivləşmiş kömür qəbulu, mədənin yuyulması, oksigen inhalyasiya.
Ehtiyac olarsa qan təzyiqini və bədən temperaturunu nizama salmaq, spazmanı aradan qaldırmaq lazımdır.

 

Digər dərmanlarla qarşılıqlı təsiri:
İmidin N nazal aerozolunun aşağıdakı dərman vasitəsi ilə birgə istifadəsi qan təzyiqini qaldıra bilər: trisiklik antidepressantlar, tranilsipromin tipli MAO inhibitor ya qan təzyiqini artıra bilən hər hansı bir dərman vasitə.

 

Buraxılış forması: l0 ml flakon.
İstifadə müddəti: 3 il. İstifadə müddəti bitdikdən sonra istifadə olunmamalıdır. Saxlanma qaydası: Xüsusi saxlanma qaydasına ehtiyac yoxdur. Uşaqların əlçatmaz yerdə saxlanmalıdır.
Aptekdən verilmə şərti: Həkim resepti olmadan verilir.

 

İstehsalçı: Pharma Wernigerode GmbH Almaniya.