LIZOBAKT – LYSOBAKT (sorma tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Lizosim, Piridoxin
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: Hər bir tabletin tərkibində Lizosim Hydrochlorid 20 mq, Piridoksin Hidroxlorid 10 mq.
Köməkçi maddələr: laktoza, gəvən, maqnezium-stearat, saxarin-natrium, vanilin.

 

Farmakoterapevtik qrupu: Mikrob əleyhinə dərman vasitəsi.

ATC kodu: R02AA20.

 

Farmakoloji xüsusiyyətləri:
Lizosim zülal mənşəli ferment olaraq stomatologiyada antiseptik kimi, qrammüsbət və qrammənfi bakteriyalara, eləcə də göbələk və viruslara təsir göstərir.
Piridoksin lizosimin farmakodinamik xüsusiyyətlərinə təsir etmir. O, Antiaftoz effekt göstərərək selikli qişaya protektiv təsir göstərir.
Farmakokinetikası:
Peroral qəbuldan sonra lizosim və piridoksin mədə-bağırsaq sistemindən yaxşı sorulur.
Lizosim qanda maksimal həddə 1 saat -1,5 saata qədər, piridoksin isə 1,25 saat sonra çatır. Hər iki komponent orqanizmdə yaxşı paylanır: lizosim, xüsusilə selikli qişalara, piridoksin əzələlərdə toplanır.
Piridoksin plasentar səddən keçir, ana südü ilə xaric olur.
Metobolik parçalanmadan sonra lizosim sidiklə xaric olur.
Piridoksinin biotransformasiyası qaraciyərdə və eritrositlərdə baş verir.              

 

Istifadəsinə göstərişlər:
- stomatologiyada qinqivitlər, stomatitlər, herpetik zədələr və selikli qişaların ağız boşluğunda olan istənilən hər hansı bir eroziyası zamanı istifadə edilir.


Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.                        

 

Xüsusi göstərişlər:
Lizobakt hamiləlik və laktasiya dövründə təyin edilir.                        

 

Digər dərman vasitəsilə qarşılıqlı təsiri:
Sınaqlar antibiotiklərin eyni zamanda lizobaktla birgə qəbulunun yüksək müalicəvi effekt verdiyini təsdiqləyir.
Lizosim antibiotiklərin terapevtik effektliyinin artdığı o cümlədən penisillin, xloramfenikol, nitrofurantoin və s. qəbulundan sonra müşahidə edilir. Izoniazid, pensillamin, pirazinamid, immunosuperssor və estrogenlər və peroral kontraseptik maddələr (ekstrogen mənşəli) piridoksinə tələbatı artırır, o cümlədən piridoksinə antaqonist təsir göstərir və ya piridoksinin böyrək ekskresiyasını artırır. Sidikqovucuların təsirini tənzimləyir lovodopanın aktivliyini zəiflədir.

 

Istifadə qaydası və dozası:
LİZOBAKT 2 tabletdən gündə 3-4 dəfə qəbul edilir.
Tabletlər ağızda tədricən sorulur. Həll olunmuş substansiyanı mümkün qədər uzun müddət ağızda saxlamaq lazımdır. Müalicə müddəti 8 gün, lazım gələrsə müalicə müddətini uzatmaq olar.
Tabletləri udmaq olmaz!

 

Buraxılış forması: Blisterdə 30 sorma tablet, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 10-30° C qədər temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 5 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

Istehsalçı: Bosnalijek, Pharmaceutical and Chemical Industry, Joint Stock Company, Jukiceva 53 Sarajeva, Bosniya and Herzoqovina