PROPOL-R  PURIFIED ROPOLIS (sprey 20 ml)

 

Tərkibi:
Təsiredici maddələr: 

                                      Hər dozada (0,5ml-də)      20 ml məhlulun tərkibində
0,7 %-li Propolisin sulu ekstraktı       

                                          0,0035 ml                      0,14 ml
0,5% -li Kol fıstığı (Hamamellis virginiana Witch Hazel) yarpaqlarının sulu-spirtlt ekstrakt        

                                          0,0025 ml                      0,1 ml

Köməkçi maddələr: duzlu məhlul: təmizlənmiş su, natrium fosfat təkəsaslı, natrium fosfat ikiəsaslı, natrium xlorid; oksidləşdiricilər: sitrat turşusu; qoruyucular: kalium sorbat və natrium benzoat.                                       

 

Farmakoloji xüsusiyyətləri:
Propolisin sulu ekstraktı:
Propolisin tərkibində çox sayda maddələr var: bitki mənşəli qətran, vitaminlər,amin turşular, mineral duzlar, bioflavonoidlər,ən əhəmiyyətlisi isə qalanqin – antibakterial təsirli biolflavonoid var. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölunməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır - bakteriolizə səbəb olur; protein sintezini inhibə edir. Bundan başqa propolisin immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələk əleyhinə təsirləri var.Bu təsiriər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.
Kol fıstığının sulu - spirtli ekstraktı: Damarbüzücü (vazokonstriktor) təsir göstərərək zökəm hallarında burnun selikli qişası kapillyarlarında durğunluq nəticəsində inkişaf edən ödemi aradan qaldırır. Bitkinin vazokonstriktiv effekti onun tərkibində olan bioflavonoid və taninlərin intensiv təsirindən irəli gəlir. Onlar kapillyarların keçiriciliyini azaldır və venaların divarlarının müqavimətini artırırlar.

 

İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının xəstəlikləri: zökəm, bronxial traktın kataral zədələnməsi və sinusitlər. Propolisin təsiri burnun və ağız boşluğunun selikli qişasının dezinfeksiyasını təmin edir. Kol fıstığı dekongestant (ödem əleyhinə) təsir göstərir və yuxarı tənəffüs yollarını təmizləyərək tənəffüsü asanlaşdırır.            

                   
İstifadə qaydası və dozası:
Tövsiyyə olunan doza: gündə 3-4 dəfə ağız boşluğuna və ya burun boşluğunun hər iki yoluna istifadə olunur. Dozaların sayı fərdi olaraq seçilir (yaşdan asılı olaraq 1-3 püskürmə). Preparatın daha təsirli olması üçün istifadədən sonra 10 dəq. ərzində burunla nəfəs almamağa çalışın!

 

Buraxılış forması: 20 ml məhlul flakonda, taxma başlıqla

İstehsalçı: ESİ s.p.a., İtaliya.