HEKSİKON - HEXICON (vaginal suppozitoriyalar)
Beynəlxalq patentləşdirilməmiş adı: Chlorhexidine
Dərman vasitəsinin istifadəsi üzrə tılimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 1 suppozitorunun tərkibində 16 mq xlorgeksidin-biqlükonat (20%-li xlorheksidin biqlükonat məhlulu şəklində istifadə edilir.
Köməkçi maddələr: suppozitoriya əsası-makroqol 1500 (polietilenoksid 1500), makroqol 400(polietilenoksid400)

 

Təsviri:
Ağ və ya sarımtıl çalarlı, torpedoyabənzər formada suppozitoriya. Səthinin mərmər kimi olması yol veriləndir.

 

Farmakoterapevtik qrupu: Antiseptik dərman vasitəsi

ATCkodu: G01AX.

 

Farmakoloji xüsusiyyətləri:
Heksikon® yerli istifadə olunan antiseptik preparat olub, ibtidailər, qrammüsbət və qrammamənfi bakteriyalar,viruslar, o cümlədən Treponema pallidium, Chlamidia spp.Ureaplasma spp., Neisseria gonorrhoeae, Trichomonas vaginalis, Gardnerella vaginalis, Bacteroides fragilis, Herpes — virusa münasibıtdə aktivdir. Preprata qarşı Pseudomonasspp., Proteus spp.-nin bəzi ştammları az dərəcədə həssasdır, həmçinin bakteriyaların turşuya davamlı formaları, bakteriyaların sporları, göbələklər də preparata qarşı davamlıdırlar. Heksikon® laktobasilbrin funksional aktivliyini pozmur. Preparat qan, irin mühitində aktivliyini saxlayır (lakin aktivliyi bir qədər azalır).

Farmakokinetikası:
İntravaginal istifadə edildikdə praktiki olaraq sorulmur, ümumi təsir göstərmir.

 

İstifadəsinə göstərişlər:
Cinsi yolla ötürülən infeksiyaların (xlamidioz, ureaplazmoz, trixomoniaz, süzənək, sifılis, genital herpes və s.) profilaktikası.
Mamalıq və ginekologiyada infeksiyalar - iltihabı ağırlaşmaların profılaktikası (ginekoloji xəstəliklərin operativ müalicəsindən əvvəl, doğuşdan və abortdan əvvəl, uşaqliqdaxili spiralların qoyulmasından əvvəl və sonra, uşaqlıq boynunun diatermokoaqulyasından əvvəl və sonra, uşaqlıqdaxili müayinələrdən əvvəl).
Bakterial vaginozun, kolpitlərin (o cümlədən qeyri-spesifik, qarışıq, trixomonad mənşəli) müalicəsi.

 

Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Yodla eyni vaxtda istifadə etmək tövsiyə edilmir.
Heksikon anion qrupuna malik detergentlərlə (saponinlər, natrium laurilsulfat, natrium karboksimetilsellüloza) və inravaginal yeridilən sabunla uyuşmur. Xarici cinsiyyət orqanlarının tualeti Heksikon vaginal suppozitoriyaların effektivliyinə və dözümlülüyə təsir göstərmir, çünki preparat intravaginal istifadə olunur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Heksikon® preparatının hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

 

İstifadə qaydası və dozası:
İntravaginal istifadə edilir. İstifadədən əvvəl suppozitoriyanı konturlu qablaşdırmadan çıxarmaq lazımdır. Müalicə məqsədilə: 7-10 gün müddətində gündə 2 dəfə hər dəfə 1 suppozitoriya yeridilir. Cinsi yolla ötürülən infeksiyaların profilaktikası məqsədilə: qorunmayan cinsi əlaqədən sonra 2 saatdan gec olmayaraq 1 suppozitoriya yeridilir.

 

Əlavə təsirləri: Preratdan istifadə dayandırıldıqdan sonra allergik reaksiyalar, qaşınmanın əmələ gəlməsi mümkündür.

 

Buraxılış forması: Heksikon® vaginal suppozitoriyalar. 1 və ya 5 suppozitoriya konturlu-yuvalı qablaşdırmalarda. İçərisində 1 ədəd suppozitoriya olan 1 konturlu-yuvalı qablaşdırma və ya 5 ədəd suppozitoriya olan 1 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırıhr.
Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən bııraxılma şərti: Reseptsiz buraxılırır.

 

İstehsalçı: İstehlakçılar öz iradlarını bu ünvana göndərə bilərlər: "Nij fann" AS J, Rusiya 603950, NijniyNovqorodş., QSP-459, Salqanskayaküç., 7  , Tel.: (831)278 80 88, Faks:(831)430 7228