VOBE - MUQOS E - WOBE - MUGOS E (örtüklü tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq ximotripsin, 40mq tripsin, 100 mq papain vardır.
Köməkçi maddəhr: laktoza, mikrokristallik sellüloza, makroqol 6000, kopovidon, maqnezium-stearat, susuz kolloidal sillisium 4-oksid, povidon, krospovidon, metakril tursusunun sopolimeri - metil metakrilat (1:1), ag toz, trietilsitrat, vanilin.

 

Təsviri:

Ikitərəfli qabarıq, dairəvi, özünəməxsus qoxulu və ag-boz və ya ag-qəhvəyi rəngə boyanmıs qlafla örtülmüs
tabletlərdir.

 

Farmakoterapevtik qrupu: Ferment preparatı.

ATC kodu: L01XX.

 

İstifadəsinə göstərislər:
Herpes infeksiyalarının müalicəsi: -herpes zoster. (kəmərvari dəmrov), herpes simpleks (sadə herpes), eyni zamanda onların residiv gedisli formaları. Kimyəvi və süa müalicəsi zamanı, onların əlavə təsirini azaltmaq məqsədi ilə kompleks müalicədə köməkçi vasitə kimi istifadə olunur.

 

Əks göstərislər:
Preparatın komponentlərindən hər hansı birinə qarsı yüksək həssaslıq.
Qanın laxtalanma qabiliyyətinin pozgunlugu ilə əlaqədar olan xəstəliklər (hemofıliya), hemodializ.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

Ehtiyat tədbirləri:
Müalicənin əvvəlində xəstəliyin əlamətləri kəskinləsərsə, preparatın dozasını müvəqqəti olaraq azaltmaq və həkimə müraciət etmək məsləhət görülür. Bu əlamətlər orqanizmin müvafiq müalicəyə reaksiyası kimi qiymətləndirilməlidir.

 

Digər dərman vasitələri ilə qarsılıqlı təsiri:
Vobe - Muqos E-nin digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyusmazlıq hallarına rast gəlinməmisdir.

 

Hamiləlik və laktasiya dövründ istifadəsi:
Həkim nəzarəti altında qəbul eləməlidir.

 

İstifadə qaydası v dozası:
Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl, və ya yeməkdən 2 saat sonra agızda çeynəmədən 200ml maye ilə qəbul etmək lazımdır. Virus xəstəlikləri zamanı. xəstəliyin əsas əlamətlərinin tam keçməsi dövrünə qədər, gündə 3 dəfə 3-5 tablet qəbul etmək məsləhət görülür.
Agır herpetik infeksiyalar zamanı. gündə 3 dəfə 5 tablet qəbul etmək lazımdır. Müalicə kursunu 2-4 həftədən az olmayaraq, xəstəliyin əsas əlamətləri tam keçənə qədər davam etdirmək məsləhət görülür. Kurs müalicəsinin müddəti fərdi olaraq həkimlər tərəfindən müəyyən edilir. Müalicənin birinci günü, preparatın 3 dəfə 2 tablet qəbul edilməsi məsləhət görülür.
Yadda saxlamaq lazımdır ki, müalicəni virus infeksiyasının ilk əlamətləri büruz verdikdə baslamaq lazımdır.
Kimyəvi və ya süa müalicəsi dövründə, preparatın gündə 3 dəfə 3 tablet qəbul edilməsi məsləhət görülür. Göstəris olduqda dozanı artıraraq, gündə 3 dəfə 5 tablet qəbul etmək olar.

 

Doza həddinin aşılması:
Preparatın doza həddinin asılması hallarına rast gəlinməyib.

 

Buraxılış forması: 20 tablet, blisterlərdə. 1, 2 və ya 5 blister (20, 40 və ya 100 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablasdırılır.

Saxlanma şraiti: Quru yerdə, otaq temperaturunda (15°-25°C), usaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz,

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: MUCOS Pharma GmbH&Co, Almaniya, 6stehsal olunub MUCOS Emulsions GmbH, Almaniya