PULMOKEYA - PULMOCARE (məhlul 1,5 kkal/ml)
İstifadəsi üzrə təlimat

 

İstifadəsinə göstərişlər:
Xroniki obstruktiv ağciyər xəstəlikləri zamanı tam qida əvəzi və ya qidaya əlavə kimi istifadə olunur.

 

Əks göstərişlər:
• 1 yaşa qədər uşaqlar;
• sistem xəstəlikləri;
• hipermetabolizm;
• bağırsaq funksiyasının pozulması halları;
• preparatın komponentlərinə qarşı hiperhəssaslıq;
• qalaktozemiya;
• inək südünün proteinlərinə həssaslıq.

 

Xüsusi göstəricilər:

  • Renal ağırlıq 501 mOsm/l.
  • Osmolyarlıq 383 mOsm/l.
  • Məhsulun tərkibində qlüten yoxdur.
  • Laktozanın miqdarı çox azdır.

 

İstifadə qaydası və dozası:
İstifadədən əvvəl yaxşı çalxalanmalıdır. İstifadədən bilavasitə öncə açılmalıdır.
Gündəlik norma 250-1250 ml təşkil edir.
4 yaşa qədər uşaqlarda diqqətlə istifadə olunmalıdır.

 

Xüsusi göstərişlər:
Parenteral istifadə qadağandır!
Böyrək funksiyası pozulmuş xəstələrə ehtiyatla istifadə olunmalıdır.
Su ilə qarışdırılmamalıdır. 24 ərzində istifadə olunmayan qalıq tullanılmalıdır.

 

Əlavə təsirləri:
Nadir hallarda: diareya, qusma, abdominal pozulmalar.

 

Buraxılış forması: 250 ml vanil dadlı məhlul metallik qutularda buraxılır.

Saxlanma şəraiti: Açılmamış qutular otaq temperaturunda saxlanmalıdır. Açılmış qablaşdırmanın saxlanılması +4ºC-də 24 saatdır. Qızdırılmamalı və dondurulmamalıdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: Abbott Laboratories B.V. Zwolle. Hollandiya

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir.  AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan