RİTİON (toz; həlledici)
Beynəlxalq patentləşdirilməmiş adı: Reduksiya olunmuş qlutationun natrium duzu.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: qlutationun natrium duzu 600 mq.
Köməkçi maddə: inyeksiya üçün su.

 

Təsviri: Kükürd iyi verən ağ rəngli tozdur.

Farmakoterapevtik qrupu: Antidotlar.

Farmakoloji xüsusiyyətləri:
Qlutation hüceyrələrdə geniş yayılmış spesifik funksiyaya malik tripeptiddir. Qlutation güclü antioksidant, hepatoprotektor, immunostimulyator və detoksikantdır. Qlutation qaraciyərdə, eritrositlərdə və böyrəküstü vəzidə geniş miqdarda yayılmışdır. Qlutation zülalların sulfhidril və disulfid qruplarna təsir göstərən ağır metal ionları ilə birləşərək onları zərərsizləşdirir. Qlutation maddələr mübadiləsində hidrogen daşıyıcısı kimi çıxış edir. Tərkibində az miqdarda S-H qlutation saxlayan eritrositlər daha asanlıqla parçalanırlar. Qlutation karbohidrat mübadiləsində böyük əhəmiyyət daşıyır, həmçinin lipid mübadiləsinə təsir göstərməklə aterosklerozun yaranmasının qarşısını alır və qocalmanı ləngidir. Qlutation defisiti ilkin olaraq sinir sistemində öz əksini tapır; təfəkkür qabiliyyətini, koordinasiyanı pozur və tremora səbəb olur.

 

İstifadəsinə göstərişlər:
Müxtəlif mənşəli qaraciyər xəstəliklərinin müalicəsi, qaraciyər sirrozu.
Sisplatin və ya onun analoqları ilə kimyəvi terapiya alan xəstələrdə neyropatiyaların profilaktikası.
Müxtəlif mənşəli intoksikasiyalar.

 

Əks göstərişlər: Preparata qarşı yüksək həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərman maddələri ilə heç bir qarşılıqlı təsiri və ya uyuşmazlıq halları qeydə alınmayıb.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Toksikliyi kliniki sınaqlarla təsdiqlənməsə də, hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil. Yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

 

Nəqliyyat vasitəsi və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Təhlükəsizdir.

 

İstifadə qaydası və dozası:
Xəstəliyin ağırlığından asılı olaraq gündə 1-2 flakon əzələ daxilinə və ya vena daxilinə yavaş yeridilir. Təyinatdan asılı olaraq vena daxilinə damcı üsulu ilə yeritmək olar.

 

Əlavə təsirləri:
Çox nadir hallarda dəridə səpgilər müşahidə etmək olar.
Əsasən yerli reaksiyalar şəklində təzahür edir ki, bunlar da müalicə dayandırıldıqdan sonra keçib gedir.

 

Doza həddinin aşılması: Müşahidə edilməyib.

 

Buraxılış forması: Qlutation 600 mq, flakon №5. İnyeksiya üçün su 4 ml, ampul №5.

Saxlanma şəraiti: Uşaqların əli çatmayan yerdə, adi otaq temperaturunda saxlanılır.

Yararlılıq müddəti: Qutunun üzərində qeyd edilmişdir.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: VECCHI & C.PIAM s.a.p.a. – Via Padre G. Semeria 5 – 16131 Genova