RUMALAYA (krem)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
1 q kremin tərkibində olan aktiv komponentlər:
Yağlar: Hind küncütü (Sesamum indicum) 220 mq; Çöl nanəsi (Mentha arvensis) 100 mq; Kamfor ağacı (Cinnamomum camphora) 50 mq; Roksburq şam ağacı (Pinus roxburghii) 50 mq; Darçın (Cinnamomum zeylanicum) 25 mq.

Hind küncüt yağı (Sesamum indicum oil) işlənilib: Yatamansi (Nardostachys jatamansi), Andız (Inula racemosa), Jiotişmati (Celastrus paniculatus), Viteks (Vitex negundo), Reyhan (Ocimum sanctum), Adi air (Acorus calamus), Bəngotu (Hyoscyamus niger), Roma çobanyastığı (Anacyclus pyrethrum), Hündür kalotropis (Calotropis procera), Hind durmanı (Datura metel), Raşna (Pluchea lanceolata), Ərəb lakşası (Cateria lacca), Qara istiot (Piper nigrum), Himalay kedri (Cedrus deodara), Zərinc (Berberis aristata), Gənəgərçək (Ricinus communis), Marena (Rubia cordifolia), Seylon plumbaqosu (Plumbago zeylanica), Zəqqum (Nerium odorum), Daşamula (Dashamoola). Əsas k.q.

 

Farmakoloji xassələri:
Rumalaya kreminin iltihab əleyhinə təsiri iltihabı, şişkinliyi və ağrını azaldır. Krem sakitləşdirici təsir göstərir və dəridə hiperemiyanı azaldır. Rumalaya kreminin yerli damargenəldici təsiri qan dövranını yaxşılaşdırır və ağrıları yüngülləşdirir. Skelet əzələlərinə boşaldıcı təsir göstərərək oynaqların hərəkətliliyini bərpа edir.

 

İstifadəsinə göstərişlər:
• Revmatik artrit
• Revmatoid artrit
• Boyun və bel spondilozu
• Osteoartrit
• Artralgiya
• Podaqra
• "Donmuş çiyin" (adheziv kapsulit)
• Zədə-iltihabi vəziyyətlər

 

Əks göstərişlər:
Rumalaya kreminin komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz.

 

İstifadə qaydası:
Yalnız xaricə istifadə üçündür.
Rumalaya kreminin kiçik miqdarını həssas və ağrılı sahəyə sürtüb yavaşca massaj etmək lazımdır.
Eyni zamanda Rumalaya tabletlərinin də istifadəsi daha tez sağalmaya səbəb olur

 

Xəbərdarlıqlar:
Açıq yaralarda istifadə edilməməlidir.
Gözə və selikli qişalara düşməsinə yol verilməməlidir.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi xəbərdarlıq: Yoxdur.

 

Buraxılış forması: 30 qr-lıq laminə olunmuş tublarda buraxılır. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com