RUMALAYA FORTE (tablet)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:
Tozlar: Bosveliya (Boswellia serrata) 240 mq; Təmizlənmiş quqqul (Commiphora wightii (Purified)) 200 mq; Alpiniya (Alpinia galanga) 70 mq; Lüt biyan (Glycyrrhiza glabra) 70 mq;

Ekstraktlar: Dəmir tikanı (Tribulus terrestris) 60 mq; Tinospora (Tinospora cordifolia) 60 mq;

İşlənilib: Viteks (Vitex negundo), Zəncəfil (Zingiber officinale).

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv elavə.

Farmakoloji xassələri:
Rumalaya forte güclü iltihab əleyhinə və ağrıkəsici preparatdır, həmçinin immunomodulyator təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:
• Müxtəlif tipli artritlər
• Revmatoid artrit
• Osteoartrit
• Boyun və bel spondilozu
• Zədə-iltihabi vəziyyətlər
• Artralgiya
• Podaqra

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
- hamiləliyin 1-ci trimestri.

 

İstifadə qaydası və dozası:
Daxilə.
1 tabletdən gündə 2 dəfə.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

 

Buraxılış forması: 60 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxan olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com