RUMALAYA (tablet)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:
Tozlar: Balzam ağacı (Mahayograj guggul) 324 mq; Şankx bhasma (Shankh bhasma) 130 mq; Təmizlənmiş şilajit (Shilajeet (purified)) 32 mq; Müşk toxumu (Hibiscus abelmoschus) 20 mq; Svarnamakşik bhasma (Swarnamakshik bhasma) 10 mq.

Ekstraktlar: Maharasnadi kvat (Maharasnadi quath) 130 mq; Marena (Rubia cordifolia) 38 mq; Morinqa (Moringa pterygosperma) 32 mq; Dəmir tikanı (Tribulus terrestris) 32 mq; Tinospora (Tinospora cordifolia) 20 mq.

İşlənilib: Viteks (Vitex negundo), Tinospora (Tinospora cordifolia), Reyhan (Ocimum sanctum), Ağ eklipta (Eclipta alba), Vitaniya (Withania somnifera), Dərman zəncəfili (Zingiber officinale), Daşamula (Dashamoola).

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə

Farmakoloji xassələri:
Rumalaya tabletləri ağrıkəsici və artrit əleyhinə xüsusiyyətlərə malikdir. İltihab mediatorlarını tənzimləməklə Rumalaya tabletləri iltihab əleyhinə kifayət qədər təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
1. Müxtəlif tipli artritlər:
- Revmatoid artrit
- Osteoartrit
2. Boyun və bel spondilozu
3. Zədə-iltihabi vəziyyətlər (o cümlədən fibrozit, bursit, sinovit, kapsulit, tenosinovit, miozit)
4. Artralgiya
5. İşias
6. Podaqra
7. "Donmuş çiyin" (adheziv kapsulit)

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
- hamiləlik.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Başlanğıcda 2 tabletdən gündə 2 dəfə, sonra isə 1 tabletden gündə 2 dəfə.
Eyni zamanda Rumalaya kreminin istifadəsi daha tez sağalmaya səbəb olur.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.
Xüsusi xəbərdarlıq: Yoxdur.

 

Buraxılış forması: 60 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com