SPEMAN FORTE (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:
Tozlar: Erkək səhləb (Orchis mascula) 39 mq; Uzunyarpaq asterkant (Astercantha longifolia) 19 mq; Laktuka (Lactuca scariola) 10 mq; Məxməri paxlalar (Mucuna pruriens) 10 mq; Suvarnavanq (Suvarnavang) 10 mq;

Ekstraktlar: Argireya (Argyreia speciosa) 19 mq; Dəmir tikanı (Tribulus terrestris) 19 mq; Torlu leptadeniya (Leptadenia reticulata) 19 mq; Mirvari palmeliyası (Parmelia perlata) 10 mq;
Rauvolfiya (Rauwolfia serpentine) alkaloidlərinin ümumi standart miqdarı 1.5 mq təşkil edir.

 

Farmakoterapevtik qrupu:
Kişilərdə cinsi funksiyanı normallaşdırmaq üçün bitki mənşəli preparat.

 

Farmakoloji xassələri:
Speman forte – qeyri-hormonal preparat olaraq, onurğa beynində yerləşən ereksiya və cinsi aktivlik mərkəzlərinin oyanıqlığını aşağı salan ali sinir mərkəzlərinə təsir göstərir. Preparat gözləmə sindromu ilə meydana çıxan oyanıqlıq hissini azaldır, potensiyanı aşağı salmadan sakitləşdirici təsir göstərir. Neyroendokrin sistem vasitəsi ilə təsir göstərərək Speman forte eyakulyasiyanın tez baş verməsinin qarşısını alır.

 

İstifadəsinə göstərişlər:
- evakulyasiyanın tez baş verməsi zamanı
- pollüsiyalar
- spermatoreya

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Eyakulyasiyanın tez baş verməsi zamanı: 1-2 tabletdən gündə 3 dəfə, 2-4 həftə müddətində.
Spermatoreya, pollüsiyalar: 1-2 tabletdən gündə 3 dəfə, 4-6 həftə ərzində, sonra isə 1 tabletdən gündə 3 dəfə 4 həftə müddətində və ya spermatoreya tam aradan qalxana qədər davam etmək olar.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Rеsеptsiz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14 Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com