SPEMAN (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:
Tozlar: Erkək səhləb (Orchis mascula) 65 mq; Uzunyarpaq asterkant (Astercantha longifolia) 32 mq; Laktuka (Lactuca scariola) 16 mq; Məxməri paxlalar (Mucuna pruriens) 16 mq; Suvarnavanq (Suvarnavang) 16 mq;

Ekstraktlar: Argireya (Argyreia speciosa) 32 mq; Dəmir tikanı (Tribulus terrestris) 32 mq; Torlu leptadeniya (Leptadenia reticulata) 32 mq; Mirvari palmeliyası (Parmelia perlata) 16 mq.

 

Farmakoterapevtik qrupu:
Kişilərdə cinsi funksiyanı normallaşdırmaq üçün bitki mənşəli preparat.

 

Farmakoloji xassələri:
Speman prostat vəzinin, xayanın, xaya artımlarının, toxum kisəsinin funksiyasını yaxşılaşdırır, spermatogenezi stimulə edir. Lüteinləşdirən və follikulstimuləedən hormonların səviyyəsini normallaşdırmaqla preparat spermanın keyfiyyətinə müsbət təsir göstərir və spermatozoidlərin sayını artırır. Ödem əleyhinə, antiseptik, iltihab əleyhinə, spazmolitik və diuretik təsirlərə malik olmaqla Speman prostatın hiperplaziyası zamanı çox faydalı təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
- oliqospermiya
- prostat vəzinin hiperplaziyası

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Oliqospermiya: 2 tabletdən gündə 3 dəfə, 4-6 ay müddətində.
Prostat vəzinin hiperplaziyası: 2 tabletdən gündə 2-3 dəfə; sonra isə 1 tabletdən gündə 2 dəfə olmaqla dəstəkləyici dozaya keçmək olar.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Rеsеptsiz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14 Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com