SUKRASVİT - SUCRASWEET (tablet)
İstifadəsi üzrə təlimat


Sukraloza əsaslı şirinləşdirici.


Sukrasvit - tərkibində sukraloza olan şəkərin təhlükəsiz əvəzedicisidir. Elmi müşahidələrin nəticələrinə görə ABŞ Qida məhsulları və dərman vasitələrinin keyfiyyətinə nəzarət idarəsi, Dünya Səhiyyə Təşkilatı, digər təşkilatlar tərəfindən müsbət qarşılanıb.

 

Üstünlükləri:
• Şəkərdən 600 dəfə şirindir
• Sıfır kalori (sukralozada)
• Yüksək temperatura qarşı dözümlüdür, qida hazırlamaq üçün uyğundur
• Dişlərdə çürümə yaratmır.

 

1 tabletin tərkibi:
Sukraloza 6,5 mq.
Köməkçi maddələr: laktoza monohidrat, natrium kroskarmelloza, magnezium stearat.
Bir tablet şirinliyinə görə 4,4 qr şəkərə uyğundur.

 

İstifadəsi:
• Pəhrizlər zamanı şəkər əvəzedicisi kimi
• Şəkərli diabet xəstələrində şəkər əvəzedicisi kimi
• Qida və içkiləri şirinləşdirmək üçün qida əlavəsi kimi

 

Əks göstərişlər:
• Fərdi həssaslıq
• Laktozaya qarşı həssaslıq
• Uşaqlar üçün istifadəsi məsləhət görülmür

 

Maksimal sutkalıq doza:
5 mq/kq bədən çəkisinə görə.

 

Buraxılış forması: Plastik qutuda 100 tablet olmaqla buraxılır.

Saxlanma şəraiti: +25ºC temperaturdan yuxarı olmamaqla saxlamaq lazımdır.

Yararlılıq müddəti: 36 ay. Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: «GRACE» Sahə № 71, Şoqi sənaye ərazisi, Şimla rayonu 173 219, H.P., Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, e-mail: info@tetrada-az.com, www.tetrada-az.com