TENSİMİN (25mq, 50mq-lıq tabletlər)

Beynəlxalq patentləşdirilməmiş adı: Atenolol

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Tensimin 25mq-lıq tabletlər, Hər tabletin tərkibində olan:

Aktiv komponetlər: Atenolol B.F. 25mq.
Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat, maqnezium stearat, sodium lauril sulfat, kolloidli susuz kvars, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan, təmizlənmiş su.

Tensimin 50mq-lıq tabletlər, Hər tabletin tərkibində olan:

Aktiv komponetlər: Atenolol B.F. 50mq
Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, mikrokristallik sellüloza, sodium metil hidroksibenzoat, maqnezium stearat, sodium lauril sulfat, tabkoat TC 2025, metil alkoqolu, dixlorometan, təmizlənmiş talk, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu: Seçici (kardioselektiv) β1-adrenoblokator.

 

Farmakoloji xassələri:
Farmakodinamika:
Atenolol – sintetik selektiv (kardioselektiv) β1-adrenoblokatordur.
Təsir mexanizmi: Tensimin katexolaminlərin müsbət xronotrop və inotrop effektlərini blokada etməklə, qan təzyiqini salaraq ürəyin oksigenə tələbatını azaldır və bununla uzun müddətli müalicədə stenokardiyalı xəstələrə kömək edir.

Farmakokinetika:
Sorulması və paylanması:
Atenololun sorulması sürətli və davamlı olsa da, tam olmur. Daxilə qəbul edilən preparatın təqribən 50%-i sorulur. Qanda maksimal qatılıq preparatın qəbulundan 2-4 saat sonra yaranır. Preparatın yalnız 6-16%-i plazma zülalları ilə birləşir.

Metabolizm və orqanizmdən xaric olunması:
Qaraciyərdə preparatın çox az miqdarı parçalanır, bəzən isə ümumiyyətlə parçalanmır.
Əsasən böyrəklərlə ixrac olunur. Böyrək çatmamazlığında dərman maddəsinin bədəndə kumulyasiyası (toplanması) gedir.

 

İstifadəsinə göstərişlər:
Koronar aterosklerozun nəticəsində yaranan hipertenziyanın və stenokardiyanın müalicəsində istifadə olunur.
Əks göstərişlər
2-ci və 3-cü dərəcəli ürək blokadası, sinus bradikardiyası, kardiogen şok və kəskin ürək çatışmazlığı xəstəlikləri.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
β-adrenoblokatorları dizopiramid kimi 1-ci sinif antiaritmik preparatlar və verapamillə birgə təyin etdikdə ehtiyatlı olmaq lazımdır.

 

Xüsusi göstərişlər:
Böyrək çatışmazlığı: Tensimin orqanizmdən böyrəkərlə xaric olunduğundan, ağır böyrək çatmamazlığında dozanı tənzimləmək lazımdır.
Hamiləlik: Hamiləlik əsasında yaranan hipertenziyanın müalicəsi zamanı xəstələri nəzarət altında saxlamaq lazımdır. Eyni zamanda müalicədən alına biləcək effekt mümkün təhlükə fonunda qiymətləndirilməlidir.

 

İstifadə qaydası və dozası:
Başlanğıc kimi sutkada bir dəfə 25mq-lıq tabletdən bir ədəd məsləhət görülür. Bu dozanın tam effekti 1-2 həftə ərzində müşahidə olunur. Lazımı nəticə əldə edilmədikdə dozanı gündə bir dəfə olmaqla, 50-100mq-dək artırmaq lazımdır.

 

Dozadan artıq qəbul olunduqda lazımı tətbirlər:
Simptomlar: Letargiya, tənəffüs pozğunluqları, stridor, sinus pauzası, bradikardiya.
Müalicə: Simptomatik terapiya. Preparatı hemodializ ilə plazmadan xaric etmək olar.

 

Əlavə təsirləri:
Əlavə təsirlər zəif və müvəqqəti olur.
Qaraciyər fermentlərinin artması;
Baş ağrıları;
İmpotensiya;
Psoriazabənzər səpgilər;
Purpura və trombositopeniya.

 

Buraxılış forması: Hər stripdə 14 tablet olmaqla, 2 strip içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti: Həkim reseptilə buraxılır.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com