TENTEKS FORTE (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:
Ekstraktlar: Müşk toxumu (Hibiscus abelmoschus) 10 mq;

Tozlar: Vitaniya (Withania somnifera) 65 mq; Argireya (Argyreia speciosa) 32 mq; Məxməri paxlalar (Mucuna pruriens) 32 mq; Trivanq (Trivang) 32 mq; Şilajit (təmizlənmiş) (Shilajeet (purified)) 32 mq; Zəfəran (Crocus sativus) 25 mq; Qusdurucu qoz (zərərsizləşdirilmiş) (Strychnos nux vomica (neutralized)) 16 mq; Makardhvaj (Makardhwaj) 16 mq; Erkək səhləb kök yumrusu (Orchis mascula) 16 mq; Anasiklyus (Anacyclus pyrethrum) 16 mq; Sida (Sida cordifolia) 16 mq; Pambıq ağacı (Bombax malabaricum) 16 mq; Qara istiot (Piper nigrum) 5 mq.

İşlənilib: Sida (Sida cordifolia), Qulançar (Asparagus racemosus), Batat kök yumrusu (Ipomoea digitata), Betel bibəri (Piper betle), Vitaniya (Withania somnifera), Dəmir tikanı (Tribulus terrestris), Tinospora (Tinospora cordifolia), Argireya (Argyreia speciosa), Ərəb akasiyası meyvəsi (Acacia arabica), Daşamula (Dashamoola).

 

Farmakoterapevtik qrupu:
Kişilərdə cinsi funksiyanı normallaşdırmaq üçün bitki mənşəli preparat.

 

Farmakoloji xassələri:
Tenteks forte qeyri-hormonal və təhlükəsiz cinsi stimulyatordur. Ali sinir mərkəzlərinə, hipotalamus və limbik sistemə təsir göstərərək libidonu yüksəldir. Tenteks forte ereksiyanı yaxşılaşdırır və saxlanmasına səbəb olur. Antistressor, adaptogen xüsusiyyətləri hesabına cinsi istək zamanı meydana çıxan həyəcan hissini aradan qaldırır.

 

İstifadəsinə göstərişlər:
- cinsi funksıyanın pozulması;
- cinsi zəiflik;
- funksional impotensiya;
- zəif ereksiya.

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı hiperhəssaslıq;
- hipertenziya;
- aterosklerozun gecikmiş mərhələləri;
- xroniki böyrək çatışmazlığı;
- ürək çatışmazlığı;

 

İstifadə qaydası və dozası:
Daxilə.
2 tabletdən gündə 2 dəfə 3-4 həftə müddətində, sonra ehtiyac olduqda. Daha yüksək dozalar həkim tərəfindən təyin olunur.

Zəif ereksiya: 2 tabletdən səhər və 2 tabletdən yuxudan 1 saat əvvəl.

Yaşlı kişilərdə cinsi zəiflik: 2 tabletdən gündə 2 dəfə olmaqla 45-50 gün müddətində, müalicə kursunu 6 aydan sonra təkrarlamaq lazımdır.

Tam funksional impotensiya: dozanı 2 tabletdən gündə 3 olmaqla yüksəltmək lazımdır. Müalicə həkim nəzarəti altında aparılmalıdır.

Eyni zamanda Himkolin gel ilə (“The Himalaya Drug Company”) istifadəsi müalicənin effektivliyini yüksəldir.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 10 tablet olmaqla blisterdə buraxılır. 10 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Rеsеptsiz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14 Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com