TROKSİ-GEL - TROXI-GEL (gel)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: xaricə istifada üçün 100 q gelin tərkibində 2 q trokserutin vardır.
Köməkçi maddələr: karbomer, trolamin, dinatrium edetat, benzalkonium-xlorid, təmizlənmiş su.

 

Təsviri: Ağ rəngli ətirsiz liofilizəedilmiş toz.

Farmakoterapevtik qrupu: Angioprotektor dərman vasitəsi.

АТС kodu: C05CA04.


Farmakoloji xüsusiyyətləri:
Trokserutin venatonuslandırıcı, angioprotektor, ödem əleyhinə, antioksidant və iltihab əleyhinə təsirə malikdir. Trokserutin oksidləşmə-reduksiya prosesində iştrak edərək hialuronidazanı məhdudlaşdırır, hüceyrə membranının hialuron turşusunu stabillləşdirir və kapillyarların keçiriciliyini və kövrəkliyini azaldır, onların tonusunu artırır.

 

İstifadəsinə göstərişlər:
• Xroniki venoz çatışmazlığı ilə əlaqədar olan ağrı və ödemlər.
• Ayaqlarda ağrı və ağırlıq hissi, ödem.
• Yorğunluq, şişkinlik, qıcolmalar, paresteziya.
• Kəskin səthi tromboflebit, periflebit.
• Varikoz dermatit.
• Posttravmatik ağrı və ödem.

 

Əks göstərişlər:
Trokserutinə və ya gelin tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Trokserutinin döl və yenidoğulmuşa əlavə təsiri haqqında heç bir məlumat yoxdur. Dərman vasitəsi hamiləlik və laktasiya dövründə istifadə edilə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Tasvir edilməyib.

 

İstifadə qaydası və dozası:
Gel xarica istifadə olunur. Gel səhər və axşam zədələnmiş sahəyə tam hopduralana qədər diqqətlə yüngülcə sürtülür. Əgər preparatın istifadəsi hər hansısa səbəbdən dayandırılarsa, о zaman pasient dərman vasitəsini istənilən zaman intervalını qorumaq şərti ilə istifadə edə bilər.

 

Buraxılış forması: 40 q gel, içəri divarı lakla örtülmüş folqadan hazırlanan tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dək temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: "Vetprom" AD. Bolqarıstan, 2400 Radomir şəh.