ZASTİFER - ZASTYFER (şərbət)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər 5 ml-ə daxildir: Dəmir 20 mq (dəmir sulfat); Fol turşusu 250 mkq; Vitamin C 50 mq; Vitamin В1 2.5 mq; Vitamin В2 1.5 mq; Vitamin В3 (niasin) 12 mq; Vitamin В6 0.7 mq; Vitamin В12 1.2 mkq;

Zastyfer şərbət körpənin qanyaranma sistemini aktivləşdirərək anemiyanı aradan götürür və orqanların normal qidalanmasını təmin edir. Nəticədə uşaq orqanizminin inkişafını sürətləndirir.
Zastyfer şərbətin tərkibində B qrup vitaminlərinin və fol turşusunun olması orqanizmdə hemoqlobinin daha tez və keyfiyyətli sintezini təmin edir.

 

Göstərişlər:
- dəmir defisitli anemiyalar
- fol turşusu və В12 vitamini defisitli anemiyalar
- orqanizmə qida ilə kifayət qədər dəmir, vitamin В12 və fol turşusu daxil olmadıqda
- uşağın sürətli boyatma və inkişaf dövrü
- uzun müddət psixotrop və qıcolma əleyhinə preparatların qəbulu zamanı
- disbakterioz və malabsorbsiya sindromu
- xroniki xəstəliklər və helmintozlar zamanı

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Nadir hallarda dispeptik əlamətlər.

Dozalanma:

  • 0-1 yaş arası: 2,5-5 ml/sutka.
  • 1-3 yaş arası: 5-10 ml/sutka.
  • 3 yaşdan böyük: 10-15 ml/sutka.

 

Buraxılış forması: 100 ml məhlul flakonda.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim