ZASTİMİN C - ZASTYMIN C (oral damcı)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər 1 ml-ə daxildir:

  • Vitamin A – 300 mkq
  • Vitamin C – 30 mq
  • Vitamin D3 – 10 mkq

Körpənin həyatının ilk ilində onun ana südü ilə kifayət qədər qidalanmaması, ana südündə kifayət qədər vitaminlərin olmaması və süni qidaların istifadəsi hipovitaminozlara gətirib çıxarır. Bu da körpənin normal inkişafını pozur və bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Vitamin A – körpənin immunitetini gücləndirir, antioksidant təsir göstərir, görmə orqanlarının inkişafını yaxşılaşdırır, dişlərin və sümüklərin normal inkişafını təmin edir, boyatmanı sürətləndirir.

Vitamin C – körpənin immun sistemini gücləndirir, antioksidant təsir göstərir, ətraf mühitə uyğunlaşmanı yaxşılaşdırır, bakterisid təsir göstərərək bir sıra xəstəliklərə qarşı müqaviməti gücləndirir. Körpənin kəskin respirator xəstəliklərə tutulma riskini azaldır, iştahı yaxşılaşdırır.

Vitamin D3 – körpənin sümük və dişlərinin normal inkişafını təmin edir, kalsiumu sümüklərə daşıyır və raxit xəstəliyinin yaranmasının qarşısını alır.

 

Göstərişlər:
- immunitet zəifliyi
- hipovitaminozlar
- iştahın azalması
- Raxit xəstəliyinin profilaktikası
- boydan və çəkidən geri qalan uşaqlar
- xroniki xəstəliklər keçirmiş uşaqlar

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 0-1 yaş arası 1 ml gündə 1 dəfə.

 

Buraxılış forması: 30 ml məhlul flakonda.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim