ZASTİMİN - ZASTYMIN (şərbət)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər 5 ml-ə daxildir:

Vitamin A – 300 mkq - Uşağın immunitetini gücləndirir, antioksidant təsir göstərir, görmə orqanlarının inkişafını yaxşılaşdırır, boyartmanı sürətləndirir.

Vitamin В1 – 3 mq – Uşağın sinir sisteminin normal inkişafını təmin edir, əqli inkişafı sürətləndirir.

Vitamin В2 – 1 mq – Sinir sisteminin funksiyasını yaxşılaşdırır, dəri və selikli qişaların normal formalaşmasını təmin edir.

Vitamin В3 (niasin) – 8 mq – Uşağın boyartımını sürətləndirir, sinir toxuması və görmə orqanının formalaşmasını təmin edir.

Vitamin В5 (pantoten turşusu) – 1,5 mq – Boyartmanı sürətləndirir, dərinin piqmentasiyasını və selikli qişaların inkişafını normallaşdırır.

Vitamin В6 – 0,5 mq – Sinir sisteminin funksiyasını yaxşılaşdırır, qanyaranmanı aktivləşdirir.

Vitamin В9 (fol turşusu) – 250 mkq – Qanyaranma, həzm və sinir toxumasının normal formalaşmasını təmin edir.

Vitamin В12 – 0,8 mkq – Qanyaranmanı sürətləndirir, qalxanabənzər vəzinin funksiyasını normallaşdırır.

Vitamin C – 40 mq – İmmun sistemi gücləndirir, antioksidant təsir göstərir, ətraf mühitə uyğunlaşmanı yaxşılaşdırır, iştahı artırır.

Vitamin D3 – 2,5 mkq – Sümük və dişlərin normal inkişafını təmin edir və raxit xəstəliyinin yaranmasının qarşısını alır.

Vitamin E – 2,28 mq – Antioksidant təsir göstərir, əzələ toxumasının inkişafını və uşağın çəki artımını sürətləndirir.

Yod – 100 mkq – Uşağın boyartımını, fiziki və psixi inkişafını yaxşılaşdırır.

Maqnezium – 80 mq – Uşağın sinir sisteminin funksiyasını yaxşılaşdırır, kəllədaxili təzyiqi aradan qaldırır.

Sink – 3 mq – Antioksidant təsir göstərir, iştahı yaxşılaşdırır, dəri və saçların normal formalaşmasını təmin edir.

 

Göstərişlər:
- immunitet zəifliyi
- hipovitaminozlar
- nevroloji uşaqlar
- raxit xəstəliyi keçirmiş uşaqlar
- boydan geri qalma
- hipotrofik uşaqlar
- iştahın zəifliyi
- xroniki xəstəliklər keçirmiş uşaqlar
- diqqət və yaddaş zəifliyi
- fiziki və əqli əmək qabiliyyətinin zəifləməsi

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma:

  • 1-3 yaş arası: 5 ml gündə 1 dəfə.
  • 3-6 yaş arası: 5 ml gündə 2 dəfə.
  • 6-12 yaş arası: 5 ml g gündə 3 dəfə.

 

Buraxılış forması: 100 ml məhlul flakonda.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim