ZEBERİL (kapsul)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsula daxildir: Lütein 2 mq; Qaragilə ekstraktı 400 mq; Zeaksantin 0.25 mq.

Lütein və zeaksantin - çox güclü antioksidantdır, gözü ultrabənövşəyi şüaların zədələyici təsirindən qoruyur, torlu qişada degenerativ proseslərin qarşısını alır, gözü yorulmadan qoruyur, görmənin zəifləməsinin və büllurun bulanmasının qarşısını alır.

Qaragilə ekstraktı - tərkibindəki antosionizidlərin hesabına antioksidant təsir göstərir. Görmə itiliyini gücləndirir, gözün yorulmasını azaldır, qaranlığa uyğunlaşmanı yaxşılaşdırır.

 

Göstərişlər:
- gözün qidalanmasının pozulması
- görmənin zəifləməsi
- gözün yorulmasının profilaktikası
- kataraktanın profilaktikası
- qaranlığa uyğunlaşmanın zəifləməsi
- torlu qişanın sarı ləkəsinin degenerativ prosesləri

 

Əks-göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanması: 1 kapsuldan gündə 3 dəfə su ilə qəbul etməli.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim