ZEFLAVON (kapsul)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsula daxildir: Soya izoflavonoidləri 40 mq; Kalsium 120 mq.

1. Soya izoflavanoidləri orqanizmdə fitoesterogenlərə, yəni bitki mənşəli esterogenlərə çevrilir. Bu da aşağıdakı hallarda istifadə olunur.

a). Orta yaşlı qadınlarda esterogenlərin miqdarı normadan çox olduğu hallarda - bu zaman qadınlarda mastopatiyalar, süd vəzisi xərçəngi və fibromiomalar əmələ gəlir. İzoflavonoidlər orqanizmdə esterogen reseptorları ilə birləşir, esterogen hormonunun təsirini blokada edir və beləliklə də yuxarıda sadalanan xəstəliklərin inkişafının qarşısını alır. İzoflavonoidlər, eləcə də, yumurtalıqlardan esterogen ifrazını normallaşdırır.

b). Qadın orqanizmində esterogenlərin miqdarı kəskin aşağı düşdükdə - klimaks zamanı izoflavonoidlər təbii məhsullardır və qadın orqanizminə heç bir zərər vermədən esterogen çatışmazlığının yerini doldurur və klimaks zamanı meydana çıxan simptomları - bədənə istilik və soyuqluq hissinin gəlməsi, yuxu pozğunluğu, oyanıqlıq, yorğunluq, yaddaşsızlıq, depressiya, əzələ və oynaq ağrıları və s. aradan götürür.

2. Bədxassəli şişlərin inkişafını ləngidir.

3. Osteogenezi stimullaşdırır, orqanizmdən kalsium itkisini azaldır.

4. Damarlarda aterosklerotik pərdələrin əmələ gəlməsini tormozlayır, qanda xolesterinin miqdarını azaldır, tromb əmələ gəlməni ləngidir.

5. Qanda qlükozanın miqdarını azaldır.

6. Güclü antioksidantdır.

7. Spermatogenezi stimullaşdırır, xaya və prostat vəzin hüceyrə - toxuma strukturunu və funksiyalarını bərpa edir.

8. Kalsium sümük yumşalmasının qarşısını almaqla ətraflardakı və onurğadakı ağrıları yox edir.

9. İzoflavonoidlər dərini cavanlaşdırır, elastikliyini artırır, gözəlləşdirir.

10. Qadınlarda libidonu artırır, uşaqlıq yolunun epitelini möhkəmləndirir, əzələlərini tonuslandırır və normal cinsi aktı təmin edir.

11. Qadınlarda hormonal statusu normallaşdırır.

12. İmmun sistemi möhkəmlədir.

 

Göstərişlər:
- Mastopatiyalar və mastopatiyaönü vəziyyətlər
- Süd vəzisi xərçəngi, fibromiomaların profilaktikası və müalicəsi
- Klimaks, klimakterik nevroz
- Menstrual siklin pozğunluqları (dismenoreya, oliqomenoreya və b)
- Predmenstrual sindrom
- Yumurtalıqların polikistozu
- Bədxassəli törəmələrin inkişafının profilaktikası
- Hormonal sonsuzluq ( kişi və qadın)
- Cinsi inkişafın ləng getməsi,
- Klimakterik osteoparoz
- Qaraciyər sirrozu
- Şəkərli diabet
- Piylənmə
- Ateroskleroz, ÜİX
- Tromboflebitlər

 

Əks göstəriş: Həssaslıq, hamiləlik və laktasiya.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanması: Gündə 2 kapsul su ilə içməli. 14-17 yaşda gündə 1 kapsul su ilə içməli.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim,