ZEGİNK (kapsul)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsula daxildir: Ginkgo Biloba ekstraktı - 100 mq.

Nootrop, psixomotor stimulyator, anti-hipoksik və antiaqreqant təsir göstərir.
Zegink - beyin qan dövranını yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir, energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan götürür. Kapillyarların keçiriciliyini azaldır, mikrosirkulyasıyanı yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ gəlməni ləngidir, ödemlərin yaranmasının qarşısını alır.
Hüceyrələrdə maddələr mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.

 

Göstərişlər:
- beyin qan dövranı pozğunluqları
- periferik qan dövranı pozğunluqları
- dissirkulyator ensefalopatiyalar (insultdan sonra, travmadan sonra, qocalıqla əlaqədar)
- diqqət və yaddaş pozğunluğu
- miqren xəstəliyi
- dağiniq skleroz
- demensiya, Altsheymer xəstəliyi
- neyrosensor pozğunluqlar (başgicəllənmə, qulaqlarda küy)
- impotensiya
- ateroskleroz
- diabetik retinopatiya və nevropatiyalar
- torlu qişanin sari ləkəsinin degenerasiyasi
- aşaği ətraflarda arteriyopatiyalar, Reyno sindromu.

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 1 kapsuldan gündə 2 dəfə yemək vaxtı və yeməkdən sonra.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: ZeinPharma Germany GmbH D-64569 Nauheim