ZEKARNİT (kapsul)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər kapsula daxildir: L-karnitin 300 mq;

L-karnitin hüceyrə metabolizminin mühüm requlyatorlarından biridir. O, yağların hüceyrə daxilində yanmasını təmin edir və nəticədə ATF formasında enerji yaranır.

L-karnitin yağların yanmasını 30-40% artırır, toksiki maddələri hüceyrədən çıxarır və hüceyrə mübadiləsini optimallaşdırır. Yağ turşuları L-karnitin olmadan mitoxondriyə keçə bilmir və beləliklə də, oksidləşmə prosesləri getmir və enerji yaranmır.

L-karnitin lizin və metionin aminturşularından sintez olunur. İnsan gün ərzində qida ilə 50-100 mq L-karnitin qəbul edir, amma bu təlabatı tam ödəmir, buna görə də L-karnitin preparat şəklində qəbul edilməlidir.

L-karnitin bütün mübadilə proseslərini yaxşılaşdırır, ürək əzələsinin yığılma qabiliyyətini artırır, qaraciyərdə lesitin sintezini stimullaşdırır, xolesterinin hüceyrələr tərəfindən mənimsənilməsini sürətləndirir, sinir keçiriciliyini yaxşılaşdırır, mielin qişanı zədələyici təsirlərdən qoruyur, işemik zonada metabolizmi bərpa edir, qlükozanın toxumalarda mənimsənilməsini yaxşılaşdırır, T-supressorların fəaliyyətini artırır, spermatogenezi stimullaşdırır və güclü antioksidantdır.

 

Göstərişlər:
- ÜİX-i: stenokardiya, miokard infarktı, infarktdan sonrakı vəziyyət
- Miokardit, kardiomiopatiya, miokardiodistrofiya, revmatizm
- Beyin qan dövranı pozğunluqları: insult, insultdan sonrakı vəziyyət
- Dissirkulyator ensefalopatiyalar
- Baş beynin travmatik və toksiki zədələnmələri
- Ateroskleroz
- Nevritlər, nevralgiyalar
- Şəkərli diabet, tireotoksikoz
- Piylənmə və arıqlama proqramları daxilində
- Qaraciyərin piy distrofiyası
- Oliqospermiya, akinospermiya, sonsuzluq
- Hamilələrdə toksikoz və azsululuq
- Xroniki qaraciyər və böyrək xəstəlikləri
- Asfiksiya və hipoksiya
- Xroniki pankreatit, hipoasid qastrit

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanması: 1 kapsuldan gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim,