ZELENK (tablet)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər tabletə daxildir: Qlükozamin-sulfat 200 mq; Xondriotin-sulfat 300 mq; MSM (metilsulfonilmetan) 100 mq;


1) Qlükozamin sulfat - qığırdaq toxumasının dağılma proseslərini ləngidir, bərpa proseslərini stimullaşdırır, iltihab əleyhinə, ağrıkəsici təsir göstərir və oynaqdaxili mayenin sintezini yaxşılaşdırır. Qlükozamin-sulfat proteoqlikanlar və hialuron turşusunun sintezində iştirak edir ki, bunlar da oynaq qığırdağının və kollogenin sintezi üçün vacib komponentlərdir.

2) Xondriotin sulfat - qığırdaq toxumasının regenerasiyası üçün lazım olan proteoqlikanların və hialuron turşusunun sintezində iştirak edir.

3) MSM (metilsulfanilmetan) - orqanizmdə kükürdün bioaktiv formasıdır, metionin və sistein amin turşularının sintezini təmin edir, bunlar da öz növbəsində birləşdirici toxumanı formalaşdıran zülalları sintez edirlər.

 

İltihab əleyhinə və ağrıkəsici təsirləri vardır.
- Qığırdaq toxumasının xarici amillərin təsirinə qarşı davamlılığını artırır.
- Qığırdaq toxumasını dağıdan fermentlərin fəallığını azaldır.
- Oynaq və sümük ağrılarını azaldır və yox edir.
- Qığırdaq toxumasını və oynaq mayesini bərpa edir.
- Oynaqların hərəkililiyini yaxşılaşdırır.
- İltihab mediatorlarının sintezini dayandırır.

 

Göstərişlər:
- Oynaq xəstəlikləri: artrit, artroz, osteoxondroz və b.
- Oynaqların revmatoid zədələnmələri: revmatik poliartrit, revmatoid artrit və b.
- Osteoartrozların profilaktikası (yaşlı şəxslər, postmenopauzada olan qadınlar, idmançılar)
- Travmalardan sonrakı bərpa dövrü
- Osteoparoz
- Oynaq displaziyaları
- Artralgiyalar
- Podaqra

 

Əks göstəriş: 12 yaşdan kiçik uşaqlar, hamilə və süd verən qadınlar.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 2 tabletdən gündə 2 dəfə su ilə qəbul etməli.

 

Buraxılış forması: 60 tablet.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim,