ZEMAQVİT - ZEMAGVIT (tablet)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər tabletə daxildir: Maqnezium karbonat 300 mq; (72 mq maqneziuma ekvivalent); Vitamin В1 1,4 mq; Vitamin В12 1,0 mkq.
Maqnezium həyat üçün çox vacib elementdir və bütün energetik proseslərdə iştirak edir, hüceyrə daxili Mg-un 80% -i ATF-in tərkibində olur. ATF isə orqanizmin enerji mənbəyidir.

 

Təsirləri:
Tokolitik təsir - uşaqlığın damarlarını genişləndirərək qan dövranını gücləndirir, pataloji tonusu zəiflədir, vaxtından qabaq doğuşun və düşüyün qarşısını alır.

Predmenstrual sindrom - serotonin çatışmazlığını bərpa etməklə predmenstrual sindromları aradan qaldırır

Sedativ təsir - maqnezium sinir impulslarının ötürülmə intensivliyini zəiflədərək stress əleyhinə təsir edir.

Ağrıkəsici - serotonin çatışmazlığını bərpa etməklə miqren tutmalarının qarşısını alır.

İşlədici təsir - bağırsaqlarda osmotik təzyiqi artırır, divarları qıcıqlandırır və defekasiyaya səbəb olur.

Melatonin ifrazını təmin etməklə yuxu tsiklini normallaşdırır.

Antiaritmik - maqnezium kardiomiositlərin oyanıqlığını azaldır, ion balansını tənzimləyir, hüceyrə membranını stabilləşdirir. Koronar arteriyaları genişləndirərək kardioprotektor təsir göstərir, periferik müqaviməti azaldır.
Ödqovucu təsir - 12 barmaq bağırsağa reflektorik təsir göstərməklə ödün qovulmasını sürətləndirir.

Böyrəklərdə və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.

“Poxmel” sindromu - maqnezium itkisini bərpa etməklə “paxmel” sindromunda çox yaxşı təsir göstərir.

В1 vitamini - sinir sistemində mübadilə proseslərini tənzimləyir, əqli əmək qabiliyyətini yaxşılaşdırır, В1 vitamini sinir, əzələ və ürək-damar sisteminin fəaliyyətini normallaşdırır.

В12 vitamini - əhval-ruhiyyəni yaxşılaşdırır, stress əleyhinə təsir göstərir – oyanıqlığı aradan götürür, anemiyanın qarşısını alır.

B-qrup vitaminləri Mg-un sorulmasını və hüceyrə daxilinə keçməsini yaxşılaşdırır.

 

Göstərişlər:
Ginekologiyada:
- Uşaqlığın patoloji tonusu
- Hamiləliyin sonacan çatdırılması üçün
- Toksikozların profilaktikası
- Predmenstrual sindrom
- Hormonal kontroseptivlərə uyğunlaşmaq üçün

Nevrologiyada:
- Maqneziumun defisiti simptomları: oyanıqlıq, yorğunluq, yuxu pozğunluğu, əzələ spazmı və ağrıları, baş ağrısı, diqqət və yaddaş zəifliyi.
- İnsultların kompleks müalicəsində.

Kardiologiyada:
- Ürəyin işemik xəstəlikləri: stenokardiya, miokard infaktı
- Taxikardiya
- Hipertoniya xəstəliyi

Terapiyada:
- Mədə- bağırsaq spazmaları
- Öd yollarının spazmı
- Öd daşı xəstəliyi
- Böyrək daşı xəstəliyi
- Qəbizlik
- Miqren

 

Əks göstəriş: Böyrək çatmamazlığı, 6 yaşdan kiçik uşaqlar.

Əlavə təsiri: Nadir hallarda allergik reaksiyalar baş verə bilər.

Dozalanma: 1 tabletdən gündə 2 dəfə su ilə qəbul etməli.

 

Buraxılış forması: 60 tablet

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim,