ZEPROS (kapsul)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər kapsula daxildir: Boranı toxumu 400 mq; Maqnezium 60 mq; Sink 5 mq.

 

Farmakoloji xüsusiyyətləri:
Boranı toxumu – testosteronun dihidrotestosterona çevrilməsini ləngidir, bu da prostat vəzin həcmcə böyüməsinin qarşısını alır. Prostat vəzidə qan dövranını yaxşılaşdıraraq vəzinin şişkinliyini azaldır, iltihab əleyhinə təsir göstərir, sidik ifrazını yüngülləşdirir və ağrıları azaldır.
Maqnezium – stress əleyhinə və spazmolitik təsir göstərərək prostat vəzin xəstəliklərində sinir faktorunu aradan qaldırır. Vaxtından əvvəl eyakulyasiyanın qarşısını alır.
Sink – testosteronun dihidrotestosterona çevrilməsini ləngidərək prostat vəzin böyüməsinin qarşısını alır. Cinsi hormonların aktivliyini artırır, cinsi zəifliyi aradan qaldırır.

 

Göstərişlər:
- müxtəlif mənşəli prostatitlər (infeksion, durğunluq və s.)
- prostat vəzin hiperplaziyası (I və II mərhələ)
- tez-tez sidik ifrazı
- gecələr sidik ifrazının artması
- sidik ifrazı zamanı ağrı
- cinsi həvəsin azalması
- vaxtından əvvəl eyakulyasiya
- seksual aktivliyin azalması

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 1 kapsuldan gündə 3 dəfə yeməkdən sonra.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim