VOBENZİM - WOBENZYM (tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Vobenzim
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: Pankreatin 345 prot, Avr.Farm,-Sv, tripsin 360F.3.P-Sv, ximotripsin 300 F.3.P-Sv papain 90 F3P.-Sv, bromelain 225 F.3.P. - Sv., lipaza 34 F.3.P-Sv, amilaza 50 F.3.P-Sv., rutozid 3H20 50,0 mq.

Köməkçi maddələr: Laktoza, saxaroza, qargıdalı nisastası, maqnezium-stearat, stearin turşusu, təmizlənmis su, kalloidal silisium 4-oksid, ağ toz, metakril turşusunun sopolimeri - metil-metakrilat, plastik maddə, titan 4-oksid, ağ gil, sarı-narmcı boya S (E 110), punşlu boya 4R (E124), povidon, makroqol 6000, trietilsitrat, vanilin, agardılmıs mum, karnaub mumu.

 

Təsviri:
3kitrfli qabarıq, dairvi, hamar sthli, özünmxsus qoxulu v qırmızı-narıncı rng
boyanmıs tabletlrdir. Qlafın xarici rnginin intensivliyinin qırmızı-narıncı rngdn,
qırmızı rng, dyism intervalı yolverilndir.

 

Farmakoterapevtik qrupu:
İltihab əleyhinə, ödem əleyhinə, fibrionolitik və immunomodulyator təsirə malik preparatdır.

ATC kodu: L03AX


İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklərin kompleks müalicəsində tətbiq edilir:

Angiologiya: tromboflebitlər, posttromboflebit xəstəliyi, səthi venaların kəskin tromboflebitləri, endarterit, asağı traf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedisli flebitlərin profılaktikası, limfatik ödem.

Urologiya: sistit, sistopielit, prostatic cinsi yolla keçən infeksiyalar.

Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar, hormonal müalicə zamanı orqanizmdə baş verən xoşagəlməz əlamətləri azaltmaq və aradan qaldırmaq məqsədi ilə.

Kardiologiya: gərginlik stenokardiyası, miokard infarktının yarımkəskin dövrü (qanın reoloji xüsusiyyətlərini yaxsılasdırmaq üçün).

Pulmanologiya: sinusit, bronxit, pnevmoniya.

Qastroenterologiya: pankreatit, hepatit.

Nefrologiya: pielonefrit, qlomerulonefrit.

Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.

Revmatologiya: birləşsdirici toxumanın diffuz xəstəlikləri, revmatoid artrit, reaktiv artrit, Ankilozlaşdırıcı spondiloartrit, osteoartrit v s..

Dermatologiya: atopik dermatit, sızanaqlı spm.

Cərrahiyyə: əməliyyatdan sonrakı agırlaşmaların profilaktikası və müalicəsi (iltihabların, trombozların, ödemlərin), posttravmatik və limfatik ödemlərin müalicəsi, plastik və rekonstruktiv əməliyyatlardan sonra bitişmə xəstəliyi.

Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar, ziləmlər, xroniki posttravmatik proseslər, yumsaq toxumaların iltihabı, bag aparatının zədələnməsi, idman zamanı rast gələn travmalar.

Nevrologiya: dagınıq skleroz, osteoxondroz.

Pediatriya: atopik dermatit, tənəffüs yollarının müxtəlif infeksion və iltihabı xəstəlikləri (yuxarı və asağı tənəffüs yollarının iltihabı, pnevmoniya), yuvenil revmatoid artrit, cərrahi müdaxilədən sonrakı ağırlaşmaların müalicəsi və profilaktikası (sağalmayan və irinli yaralar, bitişmələr, yerli ödem).

Oftalmologiya: uveit, iridosiklit, hemoftalin, diabetik retinopatiya, gözdə müxtəlif cərrahi əməliyyatlar.

Profilaktika: mikrosirkulyasiya pozgunluqları, poststressor pozgunluqlar, adaptasion mexanizmlərin pozgunluqları. Hormonal müalicənin və hormonal kontrasepsiyanın orqanizmdə törətdiyi xoşagəlməz əlamətlərin qarsısını almaq məqsədilə. Cərrahi müdaxilələr zamanı infeksion agırlaşmaların və bitişmə xəstəliyinin profilaktikası.
Vobenzimin qəbulu, onkoloji xəstələr kimyəvi və ya şüa üsulu ilə aparılan müalicə zamanı, xəstənin həyat-tərzini yaxsılasdırmaq və infeksion ağırlaşmaların profilaktikası üçün məsləhət görülür. Virus mənşəli infeksiyaların və onların ağırlaşmalarının profilaktikası.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Yüksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofıliya, trombositopeniya və s.) xəstəliklər, hemodializ zamanı və 5 yaşına qədər olan usaqlar.

Xüsusi göstərişlər:

Vobenzim preparatının tərkibində dopinq birləşmələri aşkar olunmayıb.


İstifadə qaydası və dozası:
Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra çeynəmədən 200ml maye ilə qəbul etmək lazımdır.
Böyüklər üçün: Xəstəliyin aktivliyindən və agırlıq dərəcəsindən asılı olaraq, gündə 3 dəfə 3-10 tablet qəbul etmək məsləhət görülür.
Usaqlar üçün: Preparat 5 yaşdan 12 yaşa qədər olan uşaqlara, hər 6 kq kütləyə, gündə 1 tablet təyin edilməsi məsləhət görülür. 12 yaşdan yuxarı uşaqlara, böyüklərə təyin edilən sxemlə verilir. Doza və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkimlər tərəfindən müəyyən edilir.

 

Doza həddinin aşılması:
Preparatın doza həddinin aşılması hallarına rast gəlinməyib.

 

Buraxılış forması: 20 tablet, blisterlərdə.

Saxlanma şəraiti: Otaq temperaturunda (15°-25°C).

Yararlılıq müddəti: 2,5 il.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: MUCOS Pharma GmbH&Co, Almaniya.