QIZIL ULDUZ - GOLDEN STAR (şərbət)
İstifadəsi üzrə təlimat


Tərkibi:
100 ml məhlula daxildir: Dağçiçəyi kökü 5 q; Perilla yarpağı 5 q; Ərik suyu 4 q; İrigüllü zəngçiçəyi kökü 3.84 q; Andız kökü 3.84 q; Quru naringi qabığı 3.84 q; Dəvədabanı çiçəyi 1.6 q; Biyan kökü 1.28 q; Fritillariya soğanağı 0.8 q.
Köməkçi maddələr: natrium benzoat, saxaroza, təmizlənmiş su.

 

Farmakoloji xüsusiyyətləri:
Preparat tərkibində olan bitkilərin hesabına iltihab əleyhinə, bəlğəmgətirici və mukolitik təsir göstərir.

 

Göstərişlərlər:
Tənəffüs yollarının çətin ifraz olunan bəlğəmli öskürəklə müşayiət olunan xəstəlikləri.

 

Dozalanma:
Böyüklər: 1 çay qaşığından (5ml) gündə 3 dəfə.
Uşaqlar: 1-5 yaş arası ½ çay qaşığından (2.5ml) gündə 2 dəfə.
5- 15 yaşında olan uşaqlar: ½ çay qaşığından (2.5ml) gündə 3 dəfə.
Preparatın qəbulunun istifadə müddəti 1 aya kimidir.

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı həssaslıq
- hamiləlik
- laktasiya
- şəkərli diabet

 

Buraxılış forması: 100 ml məhlul flakonda.

Saxlanma şəraiti: 25ºC-dən yuxarı olmayan temperaturda, quru və qaranlıq yerdə saxlanılmalıdır.

 

İstehsalçı: «Danhson Trading & Pharma Co.Ltd», Vyetnam