RİNZASİP vitamin C ilə (daxilə qəbul etmək üçün portağal, limon, qara qarağat toz)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər 5q tozun tərkibində:
Təsiredici maddələr: Parasetamol 750 mq; Vitamin C (askorbin turşusu) 200 mq; Kofein 30 mq; Feniramin maleat 20 mq; Fenilefrin hidroxlorid 10 mq.

Köməkci maddələr: susuz limon turşusu, natrium saxarin, natrium-sitrat, saxaroza;
Rəngləyici: Sarı sanset FCF, portağallı toz üçün - portağal dadvericisi;
Rəngləyici: Sarı xinolin, limonlu toz üçün - limon dadvericisi;
Rəngləyici: karmazin, qara qarağatlı toz üçün - qara qarağat dadvericisi.

 

Farmakoterapevtik qrupu: KRVİ simptomlarını aradan qaldırmaq üçün dərman vasitəsi.

ATC kodu: N02BE71.


Farmakoloji xüsusiyyətləri:
Kombinə olunmuş preparatdır.
Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir.
Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır.
Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır.
Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır və əqli və fiziki iş qabiliyyətini artırır.
Askorbin turşusu (vitamin C) - orqanizmin infeksion-iltihabi xəstəliklərə qarşı müqavimətini artırır.

 

İstifadəsinə göstərişlər:
Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin simptomatik müalicəsi.

 

Əks göstərişlər:
Preparaın komponentlərinə qarşı yüksək həssaslıq;
15 yaşa qədər uşaqlar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
MAO-nun inhibitorları və β-blokatorlar ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər preparatlarla istifadəsi məsləhət deyil. Rinzasip qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorların və digər psixotrop maddələrin qəbulu əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara qəbulu məsləhət deyil.

 

İstifadə qaydası və dozası:
1 paketin tərkibindəki toz stəkanda qaynar suda həll edilir və içilir. Preparat qida qəbulundan 1-2 saat sonra qəbul edilir.
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar 1 paketdən gündə 3-4 dəfə 4-6 saat intervalla qəbul edirlər. Maksimal gündəlik doza 4 paketdir. Müalicə kursu 5 gündür.

 

Doza həddinin aşılması:
Ən çox parasetamolla əlaqəli olub, sonuncunun 10-15 q-dan artıq dozada qəbulu zamanı baş verir. Dəridə solğunluq, anoreksiya, ürəkbulanma, qusma, hepatonekroz, qaraciyər transaminazalarının aktivliyinin artması, protrombin müddətinin uzanması ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır.
Mualicəsi: mədə yuyulduqdan və aktiv kömür təyin edildikdən sonra simptomatik müalicə aparılır.

 

Əlavə təsirləri:
Allergik reaksiyalar (dəri səpgiləri, qaşınma, məxmərək, angionevrotik ödem), başgicəllənmə, yuxunun pozulması, oyanıqlığın artması, midriaz, arterial təzyiqin artması, taxikardiya, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, ağızda quruluq, gözdaxili təzyiqin artması, anemiya, bronxoobstruksiya və s.

 

Buraxılış forması: Bir paketdə 5q toz olmaqla, 5 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25ºC-dək temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz» («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) Vorli, Mumbay - 400 030, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com