RİNZA (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr:
Hər bir tabletin tərkibində: Parasetamol Br.F. 500 mq; Kofein (susuz) Br.F. 30 mq; Fenilefrin hidroxlorid Br.F. 10 mq; Xlorfeniramin maleat Br.F. 2 mq.
Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, color panseu 4R, qarğıdalı nişastası, povidon, metil hidroksibenzoat natrium, maqnezium-stearat, talk, natrium nişasta qlikolatı.

 

Farmakoloji xüsusiyyətləri:
Antihistamin, ağrıkəsici, qızdırmasalıcı, ödem əleyhinə kombinə olunmuş preparatdır.

 

İstifadəsinə göstərişlər:

  • Burun axması, burun tutulması, başağrısı, qızdırma ilə müşayiət olunan soyuqdəymə xəstəlikləri;
  • Yuxarı tənəffüs yollarının allergiyası;
  • Burun ciblərinin iltihabı.

 

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • Koronar arteriyaların kəskin aterosklerozu;
  • Hipertoniyanın və ÜİX-nin ağır formaları;
  • Yüksək gözdaxili təzyiq;
  • Hipertireoz;
  • Prostat vəzinin hipertrofiyası;
  • Şəkərli diabetin ağır formaları.

 

Xüsusi göstərişlər:
MAO-nun inhibitorları və β-blokatorlar ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər preparatlarla istifadəsi məsləhət deyil. Rinza qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorlar və digər psixotrop maddələrin qəbulu əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara qəbulu məsləhət deyil.

 

İstifadə qaydası və dozası:
1 tabletdən gündə 3 dəfə qəbul olunur.

 

Əlavə təsirləri:
Ciddi əlavə təsirləri yoxdur. Bəzi xəstələrdə yüngül ürəkbulanma, ağızda quruluq, başağrısı, başgicəllənmə müşahidə olunur.

 

Buraxılış forması: Blisterdə 4 tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25ºC-dək temperaturda işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz», («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi), Vorli, Mumbay - 400 030, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com