MENTAT (şərbət)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Нəг 5 ml şərbətin tərkibində olan aktiv komponentlər:
Ekstraktlar: Bakopa monyeri (Bacopa monnieri) 144 mq; Asiya sentellası (Centella asiatica) 70 mq; Vitaniya (Withania somnifera) 52 mq; Evolvulus {Evolvulus alsinoides) 52 mq; Yatamansi (Nardostachys jatamansi) 52 mq; Pişikotu (Valeriana wallichii) 50 mq; Yalançı qara bibər (Embelia ribes) 50 mq; Badam (Prunus amygdalus) 50 mq
Adi air (Acorus calamus) 42 mq; Haritaki (Terminalia chebula) 36 mq; Emblika (Emblica officinalis) 36 mq; Tinospora (Tinospora cordifolia) 36 mq; Dukudu yağı (Celastrus paniculatus) 32 mq; Hind oroksilumu (Oroxylum indicum) 32 mq; Məxməri paxlalar (Mucuna pruriens) 1,8 mq; Kardamon (Elettaria cardamomum) 1,8 mq; Arjuna terminaliyası (Terminalia arjuna) 1,8 mq; Razyana (Foeniculum vulgare) 1,8 mq; Botat meyve kökü (Ipomoea digitata) 1,8 mq; Səhləb (Orchis mascula) 1,8 mq; Zəncəfil (Zingiber officinale) 1,4 mq; Terminalia belerika (Terminalia belerica) 1,4 mq; Cövüz (Myristica fragrans) 1,4 mq; Mixək (Syzygium aromaticum) 1,0 mq.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

Farmakoloji xassələri:
Mentat sinir impulslarının, QAYT-ergic sistemin hesabına, xolinergik sinapslarda öturülməsini tənzimləməklə baş beyin funksiyalarını gücləndirir. Baş beyinin alın qabığında olan xolinergik muskarin reseptorlarının fəaliyyətini normallaşdırmaqla Mentat əqli göstəriciləri, yaddaşı, diqqəti gücləndirir və gərginliklərə qarşı davamlılığı artırır. Mentat müxtəlif narahatçılıq vəziyyətlərində artan tribulinin (monoamin oksidazanın endogen inhibitoru) səviyyəsini azaldır. Mentat eyni zamanda diqqət yayınmalarında və davranış pozulmalarında çox faydalıdır. Postsinaptik dopamin reseptorlarını stimulə edərək, Mentat Parkinson xəstəliyi olan xəstələrə kömək edir. Sakitləşdirici təsiri hesabına Mentat qıcolma və yuxusuzluqda faydalıdır. Mentat artikulyasiyanı yaxşılaşdırır və nitq qüsurlarını aradan qaldırır.

 

İstifadəsinə göstərişlər:
1. Yaddaş pozulmaları:
• diqqət yayınmaları
• konsentrasiyanın itməsi
• dil və öyrənmə sahəsində bacarıqsızlıq
• alkoqola meyillik
2. Davranış pozulmaları:
• hiperkinetik vəziyyətlər:
• ictimai qaydalara zidd davranış
• isterik hallar
• aqressiv davranış
• enurez
3. Narahatlıqlarla bağlı stress və əsəb gərginlikləri
4. Əqli yorğunluq
5. Nitq qüsurları
6. Əqli inkişafın zəifləməsi hallarını aradan qaldırmaq üçün dəstəkləyici müalicə kimi
7. Epilepsiya, Altsheymer və Parkinson xəstəlikləri zamanı köməkçi vasitə kimi

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Körpələr: ½ çay qaşığı gündə 2 dəfə.
Uşaqlar: 1 çay qaşığından gündə 2 dəfə.
Xəstəliklərin kəskin və xroniki formalarında dozanı artırmaq məsləhət görülür. İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır!

 

Xəbərdarlıqlar:
Mentat ümumi anesteziyanın təsirini gücləndirdiyinə göra umumi anesteziya altında cərrahiyyə əməliyyatı olunmazdan 1-2 həftə əvvəl preparatın qəbulunu dayandırmaq lazımdır.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Mentat karbamazepin və fenitoinin mənimsənilməsini artırır. Natrium valproat ilə qarşılıqlı təsiri yoxdur.

Xüsusi xəbərdarlıq: Yoxdur.

 

Buraxılış forması: 100ml-lik "nəzarət qapaqlı" flakonlarda buraxılır. Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxan olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq!

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com