RENALKA (şərbət)

İstifadəsi üzrə təlimat


Tərkibi:
Нəг 5 ml şərbətin tərkibində olan aktiv komponentlər:
Ekstraktlar: Dəmir tikanı (Tribulus terrestris) 50 mq; Böyük krateva (Cretaeva magna) 50 mq; Hind hemidesmusu (Hemidesmus indicus) 50 mq; Fındıq otu (Cyperus rotundus) 50 mq; Vetiveriya (Vetiveria zizanioides) 50 mq; Qulançar (Asparagus racemosus) 50 mq; Trikatu (Trikatu) 16.50 mq; Kardamon (Elettaria cardamomum) 16.50 mq

Tozlar: Kşara parpati (Kshara parpati) 75 mq.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

 

Farmakoloji xassələri:
Renalka - sidik yollarının xəstəliklərində öz effektivliyini sübut edən düzgün balanslaşdırılmış bitki mənşəli preparatdır. Renalka diurezi yüngülləşdirir, antiseptik təsir göstərir, sidiyin pH göstəricisini normallaşdırır və sidik yollarının selikli qişasının iltihabını aradan qaldırır. Beləliklə, Renalka ağrılı sidik ifrazı, sidik yollarının residiv infeksiyaları və dizuriya zamanı çox faydalıdır.

 

İstifadəsinə göstərişlər:
• Dizuriya
• Sistit

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Böyüklər: Başlanğıcda 2 çay qaşığından gündə 2-3 dəfə su ilə qəbul etmək, gələcəkdə 1-2 çay qaşığından gündə 2 dəfə olmaqla davam etmək olar.
Uşaqlar: Başlanğıc doza 1 çay qaşığından gündə 2-3 dəfə, gələcəkdə 1 çay qaşığından gündə 2 dəfə olmaqla davam etmək olar.

İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır!

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış förması: 100 ml-lik "nəzarət qapaqlı" flakonlarda buraxılır. Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq!

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com