LİV-52 (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: Hər tabletin tərkibində toz şəklində 65 mq Capparis spinosa, 65 mq Cichorium intybus, 33 mq Mandur bhasma, 32 mq Solanum nigrum, 32 mq Terminalia arjuna, 16mq Cassia occidentalis, 16 mq Achillea millefolium, 16 mq Tamarix gallica vardır.
Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə işlənmişdir: Eclipta alba, Phyllanthus amarus, Boerhaavia diffusa, Tinospora cordifolia, Raphanus sativus, Emblica officinalis, Plumbago zeylanica, Embelia ribes, Terminalia chebula, Fumaria officinalis.
Köməkçi maddələr: maqnezium-stearat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, kolloidal silisium 4-oksid.

 

Farmakoterapevtik qrupu:
Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi.

 

Farmakoloji xüsusiyyətləri:
LİV-52 qaraciyərin strukturunu bərpa edərək funksional vəziyyətini yaxşılaşdırır, sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin edir. Antioksidant təsirə malik olduğuna görə LİV-52 hüceyrə membranlarının zədələnməsinin qarşısını alır. Sitoxrom P450-nin səviyyəsini normallaşdırır. Asetaldehidin eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqolun təsiri nəticəsində baş verən zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm zamanı qaraciyərin piy infiltrasiyanın qarşısını alır. Hər gün profilaktik məqsədlə istifadə zamanı preparat iştahanı artırır və həzmi yaxşılaşdırır ki, bu da bədən kütləsinin artmasına səbəb olur.

 

İstifadəsinə göstərişlər:
1. Müalicə və profilaktika məqsədi ilə:
- virus hepatiti;
- qaraciyərin alkoqol xəstəlikləri;
- preserrotik və başlanğıc mərhələlərdə serrotik hallar;
- zülal çatışmazlığı;
- iştahanın olmaması;
- kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri.
2. Hepatotoksik preparatların istifadəsi zamanı.
3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi.

 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Birgə istifadə zamanı: Qanda ibuprofenin səviyyəsini azaldır; Tetrasiklinin və doksisiklinin mənimsənilməsini azaldır.

 

Xüsusi göstərişlər: Yoxdur.

 

İstifadə qaydası və dozası:

Vərəm əleyhinə müalicə: gündə 2 dəfə 2 tablet daxilə qəbul olunur (vərəm əleyhinə preparatlarla birlikdə).

Kəskin virus hepatiti: uşaqlarda: gündə 3 dəfə 1 tablet, böyüklərdə: gündə 3 dəfə 2 tablet.

Sirroz: 6-12 ay müddətində, gündə 3 dəfə 2 tablet.

Xroniki hepatit: 6 ay müddətində, gündə 3 dəfə 2 tablet.

Qaraciyərin xroniki alkoqolizmi: 1 ay müddətində, gündə 3 dəfə 2 tablet, sonra 6-12 ay müddətində, gündə 3 dəfə 1 tablet.

Anoreksiya və kütlənin azalması zamanı: uşaqlarda: gündə 3 dəfə 1 tablet. böyüklərdə: gündə 3 dəfə 2 tablet.

Gündəlik profilaktik məqsədlə: gündə 2 dəfə 2 tablet.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

 

Buraxılış forması: 100 tablet germetik flakonlarda. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: +25ºC-dək temperaturda, işıqdan qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dondurmaq olmaz.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Rеsеpt əsasında.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com