OMEQAST – OMEGAST (kapsul 20mq)
Patentləşdirilməmiş adı: omeprazol (omeprazole)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 20 mq omeprazol turşuya davamlı  mikropellet kapsullarda.
Köməkçi maddələr: titanium dioksid, indiqotin, xinolin sarısı, qırmızı dəmir oksidi.

 

Farmakoterapevtik qrupu: Proton pompası inhibitoru.

ATC kodu: A02BC01.

 

Farmakoloji xüsusiyyətləri:
Omeprazol parietal hüceyrələrdə proton pompa funksiyasını daşıyan H+-K+-ATF-zanı inhibə etməklə HCI turşusunun əmələ gəlməsinin son mərhələsini blokada edir. Omeprazol xlor turşusunun həm bazal, həm də stimulə edilmiş sekresiyasını inhibə edir. Omeprazolla müalicə zamanı plazma qastrin miqdarı yüksəlir, amma müalicə kəsildikdən 1-2 həftə sonra yenidən normallaşır. Onikibarmaq bağırsağın xorası ilə xəstələrin 95%-da və mədə xoralı xəstələrin 70%-da “Helicobacter” infeksiyası mövcuddur. “Helikcobacter pylori” qastrit və peptik xora xəstəliyin inkişafında mədə turşusu ilə birgə vacib təsiredici bir faktordur. Bundan başqa “Helicobacter Pylori”-nin mədə xərçəngi xəstəliyində vacib rolu olduğu təsdiq olunmuşdur. Omeprazolun “Helicobacter Pylori”-yə qarşı bakterisid təsiri in-vitro göstərilmişdir. Uyğun antibiotiklə birgə omeprazol “Helicobacter pylori”-nin eradikasiyasını, simptomların tezliklə yox olmasını, peptik xora xəstəliyi zamanı remissiyanın daha uzun davam olunmasını təmin edib, qastrointestinal hemorragiya kimi fəsadların qarşısını alır və müalicənin uzun müddət davam etmək vacibliyini aradan qaldırır. Omeprazol peros tətbiqdən sonra tezliklə absorbsiyaya uğrayır və 0,5- 3,5 saata plazmada maksimal konsentrasiya aşkar olunur. Turşuluğa qarşı inhibitə edici təsiri 72 saat davam edir. Yarım-xaricolma dövrü 0,5-1 saatdır. Yarım-xaricolma vaxtı az olmasına baxmayaraq, preparatın davamlı təsiri onun parietal hüceyrələrdə H+, K+ ATF-za ilə uzun müddət bağlanması ilə izah olunur. Absorbsiyadan sonra omeprazol tam olaraq metabolizmə uğrayır. Preparatın çox hissəsi sidiklə, qalan hissəsi isə nəcislə xaric olunur.

 

İstifadəsinə göstərişlər:
• Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;
• QSİƏ preparatlarla müalicə zamanı dispeptik simptomların və peptik xoranın profilaktikası;
• Peptik xora xəstəliyində uyğun antibiotiklə birgə “Helicobacter pylori”-nin eradikasiyası;
• Reflüks ezofagit;
• Zollinger-Ellison sindromu;
• H2 reseptor antaqonistlərlə müalicəyə rezistent mədə və onikibarmaq bağırsağın xorası.

 

Əks göstərişlər:
Omeprazola və preparatın tərkibində digər maddələrə qarşı yüksək həssaslıq zamanı əks göstərişdir.

 

Xüsusi göstərişlər:
Hamilə qadınlarda, laktasiya dövründə və uşaqlarda preparatın təhlükəsizliyi sübut edilmədiyi üçün bu hallarda preparatın tətbiqi arzuolunmazdır.

 

Əlavə təsirləri:
Adətən OMEQAST orqanizm tərəfindən yaxşı qəbul edilir. 1% və daha artıq   hallarda baş ağrıları, diareya, qarın nahiyəsində ağrılar, ürəkbulanma,   başgicəllənmə, ümumi zəiflik, ağızda quruluq, paresteziyalar, dəri səpgiləri kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu hallar zəif təzahür edir və keçici xarakter daşıyır. Yan təsirlərin olma ehtimalı 65 yaşın altında və 65 yaşdan yuxarı olan xəstələrdə fərqlənmir. Omeprazol və klaritromisin kombinasıyası tətbiq olunduqda bu kombinasiyaya məxsus yan təsirlər aşkar olunmamışdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Omeprazol oksidasiya yolu ilə qaraciyərdə metabolizmə uğrayan diazepamın, varfarinin, fenitoinin təsirini uzada bilər. Sitoxrom 450 sistem vasitəsi ilə metabolizmə uğrayan preparatlarla (siklosporin, disulfiram) qarşılıqlı təsirləri haqqında məlumat verilmişdir. Omeprazol mədə turşusunun sekresiyasını inhibə etdiyi üçün, biomənimsənilməsi üçün mədə pH-nın vacib olduğu ketokonazol, ampisillin, dəmir duzları kimi preparatların eliminasiyasına təsir edə bilər. Antasidlərlə birgə istifadə oluna bilər.

 

İstifadə qaydası və dozası:
Preparatı səhər saatlarında qəbul etmək tövsiyə olunur. Udma qabiliyyəti pozulmuş xəstələrdə kapsulun tərkibini yüngül dərəcəli turş mühitli mayedə həll edib, 30 dəqiqə müddətində istifadə etmək lazımdır. Kapsul tərkibi çeynənilməməlidir.

• Mədənin xora xəstəliyi: 1 kapsul (20mq) gündə 1 dəfə. Müalicə müddəti 4  həftədir; Ehtiyac olarsa müalicə daha 4 həftə uzadıla bilər. Göstərilən dozanın tətbiqi və H2 blokatorlarla müalicə effekt vermədiyi halda, omeprazolun dozasını gündə 1 dəfə 40 mq-a qədər (2 kapsul) artırmaq olar və adətən 8 həftə müddətində yaxşılaşma müşahidə olunur.
• 12-barmaq bağırsağın xora xəstəliyi zamanı: 1 kapsul (20 mq)gündə 1 dəfə. Xəstələrin əksəriyyətində vəziyyətin yaxşılaşması artıq 2 həftədən sonra müşahidə olunur; Ehtiyac olduğu zaman müalicə daha 2 həftə uzadıla bilər. Müalicəyə kliniki cavab almadıqda, xəstələrə daha yüksək doza - 2 kapsul birdəfəlik (40 mq) gündə 1 dəfə tətbiq oluna bilər. Adətən 4 həftə müddətində yaxşılaşma baş verir.
• Zollinger-Ellison xəstəliyi zamanı: 3 kapsul gündə 1 dəfə. Xəstənin vəziyyətindən asılı olaraq doza 180 mq-a qədər artırıla bilər. Günlük doza 80 mq dan artıq olarsa, onu iki qəbula bölmək lazımdır. Müalicənin müddəti kliniki nəticəyə görə təyin olunmalıdır.
• QSİƏ preparatlarla uzunmüddətli müalicə ilə əlaqəli qastroduodenal zədələnmələrdə: Peptik xora üçün tövsiyə olunan müalicə sxemi istifadə olunmalıdır.
• Peptik xorada “Helicobacter Pylori”-nin eradikasiyası: “Helicobacter Pylori”-nin eradikasiyasında omeprazol uyğun antibiotiklə kombinasiyada aşağıdakı sxemə əsasən tətbiq olunmalıdır:
1. Üçlü müalicə sxemi: 1 həftə müddətində gündə 2 dəfə 20 mq omeprazol, gündə 2 dəfə 1q amoksisillin, gündə 2 dəfə 500 mq klaritromisin və yaxud 1 həftə müddətində 20 mq omeprazol gündə 2 dəfə, 250 mq klaritromisin gündə 2 dəfə, 400 mq metronidazol (və yaxud 500 mq tinidazol) gündə 2 dəfə və yaxud 1 həftə müddətində omeprazol 20 mq gündə 1 dəfə, 500 mq amoksisillin gündə 2 dəfə və 400 mq metronidazol gündə 2 dəfə;
2. İkili müalicə sxemi: 2 həftə müddətində omeprazol 40-80 mq (2-4 kapsul) gündə 1 dəfə + bolünmüş doza halında gündə 1,5 amoksisillin və yaxud 2 həftə müddətində 40 mq omeprazol (2 kapsul) və 500 mq klaritromisin gündə 3 dəfə.
• Reflüks ezofagit zamanı. 20 mq omeprazol (1 kapsul) gündə 1 dəfə. Müalicə müddəti 4 həftədir. Omeprazol gündə 1 dəfə 20 mq dozada və H2 blokatorlarla müalicə effekt vermədiyi halda, omeprazolun dozasını gündə 1 dəfə 40 mq-a qədər (2 kapsul) artırmaq olar və adətən 8 həftə müddətində yaxşılaşma müşahidə olunur.
• Qastro-ezofagial reflüks xəstəliyin simptomatik müalicəsi: 20 mq omeprazol (1 kapsul) gündə 1 dəfə tövsiyə olunur. Gündə 20 mq omeprazolla 4 həftə müddətində   aparılan müalicə nəticəsində yaxşılaşma baş verməzsə, təkrar müayinədən keçmək lazımdır. Böyrək çatışmazlığı olan xəstələrdə istifadə: doza korreksiyasına ehtiyac yoxdur.
Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə: bu halda omeprazolun yarım-xaricolma dövrü artdığına görə günlük doza 20 mq kifayət edir.
Yaşlı xəstələrdə istifadə: doza korreksiyasına ehtiyac yoxdur. 80 mq-dan artıq olan dozalar bölünüb iki qəbula tətbiq olunmalıdır.

 

Doza həddinin aşılması:
Omeprazolun antidotu yoxdur, dializ üsulu ilə xaric olunmur, Doza həddinin  aşılması zamanı simptomatik və dəstəkləyici müalicə aparılmalıdır.

 

Buraxılış forması: Omeqast 20 mq Ne14 mikropellet kapsullar, plastik flakonda,    içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Saxlanma şəraiti: 30°C-dən aşağı temperaturda, işıqdan və nəmdən uzaq, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlanılmalıdır.
Yararlılıq müddəti: Qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Həkim resepti əsasında buraxılır.

 

Qeydiyyat sahibi: NOBELİLAÇ SANAYİİ VETİCARETA.Ş. Istanbul/Türkiyə