FENİSTİL (qel)

Beynəlxalq patentləşdirilməmiş adı: Dimetindene maleate.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: dimetinden-maleat 1 mq/1 ml. Köməkçi maddələr: benzalkonium-xlorid,natrium edetat, karbopol 974 P, propilenqlikol, natrium-hidroksid, təmizlənmiş su.


Farmakoterapevtik qrupu: Histamin əleyhinə (Antihistamin) preparat.
ATC kodu: D04AA13.


Farmakoloji xüsusiyyətləri:
Dimetinden maleat feninden törəməsi olub,H1- histamin reseptorlarının blokatorudur. Allergiya və qaşınma əleyhinə təsirə malikdir. Fenistil geli dəriyə sürtüldükdə, dərinin allergik reaksiyaları nəticəsində yaranmış qaşınmanı və qıcıqlanmanı aradan qaldırır.
Preparat həmçinin yerli ağrıkəsici təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:
Müxtəlif mənşəli dəri qaşınmaları (xolestaz mənşəli qaşınmalar istisna olmaqla). Məsələn, dəri səpgiləri, övrə, həşarat sancmaları, günəş eriteması və səthi yanıqlar.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Kiçik yaşlı uşaqlarda geniş sahəli dəri zədələnmələrində, xüsusən də iltihab və qanaxma olduqda preparatı istifadə etmək olmaz.

 

Ehtiyat tədbirləri:
Güclü qaşınma hallarında yaxud böyük sahəli dəri zədələnmələrində preparatı yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləliyin I trimestrində preparatı həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Hamiləliyin II, III trimestrində və laktasiya dövründə preparatı geniş sahəli dəri zədələnmələrində, xüsusən də zədələnmə sahəsində iltihab və qanaxma olduqda istifadə etmək olmaz. Uşaq əmizdirən qadınlar preparatı süd vəzisinin əmzik nahiyəsinə sürtməməlidirlər.
Böyük əhatəli dəri səthinə preparatı istifadə etdikdə, günəş süalarının təsirindən çəkinmək lazımdır. Fenistil gelin istifadəsi zamanı əgər xəstəliyin əlamətləri azalmırsa, əksinə artırsa, həkimlə məsləhətləşmək lazımdır.

 

İstifadə qaydası və dozası: Preparat zədələnmiş dəri səthinə sutkada 2-3 dəfə sürtülür.

 

Əlavə təsirləri:
Bəzi hallarda qısamüddətli quruluq və gicişmə hissi rast gələ bilər.
Nadir hallarda isə dəri səpgiləri və qaşınma əlamətləri ola bilər.

 

Buraxılış forması: 30 q preparat, tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Novartis Consumer Health SA Nion, İsveçrə, AZ 905896-144300