Vita-miner Junior (uşaqlar üçün sirop)

Bioloji aktiv qida əlavəsi


Məhsul "Abidə- uşaq sağlamlıq mərkəzi" İnstitutunun müsbət qiymətini almışdır

 

Tərkibi:        
Aktiv maddələr:

                 10 ml siropda    20 ml siropda
A vitamini          400 mkq          800 mkq
D3 vitamini         2,6 mkq          5,2 mkq
E vitamini          4,4 mq           8,8 mq
B1 vitamini         0,7 mq           1,4 mq
B2 vitamini         0,8 mq           1,6 mq
B6 vitamini         0,9 mq           1,8 mq
B12 vitamini        0,8 mkq          1,6 mkq
PP vitamini         7,8 mq           15,6 mq
C vitamini          47,5 mq          95,0 mq
Fol turşusu         99mkq            198,0 mkq
Pantoten turşusu    3,1 mq           6,2 mq
Biotin              0,06 mq          0,12 mq
Rutin               1,0 mq           2,0 mq


Köməkçi maddələr: su, şəkər, vitaminli qarışıq, nabat aromatı, susuz limon turşusu (turşuluğun tənzimləyiçisi), huaro kitrəsi (qatılaşdırıcı), kalium sorbat, ksantan kitrəsi (qatılaşdırıcı), fruktoza, etilendiaminüçsirkə turşusunun kalsium dinatrium duzu (sabitləşdirici).

 

Təsiri:

Vitaminer Yunior uşaq orqanizminin düzgün inkişafı üçün vacib olan vitaminlərlə zəngindir. Vitaminlər böyük bioloji dəyərə malikdir. Onlar orqanizmdə çoxsaylı biokimyəvi proseslərin tənzimlənməsində iştirak edir, yorğunluq və zəiflik zamanı qüvvətləndirici təsir göstərir, immunitetə, fiziki və əqli iş fəaliyyətinə müsbət təsir göstərir. Preparatın tərkibindəki vitaminlərin miqdarı uşaqların və yeniyetmələrin tələbatına uyğundur.

 

İstifadəsinə göstərişlər:
-  Pəhrizin vitaminlərlə zənginləşdirilməsi
-  Intensiv inkişaf dövrü
- Orqanizmin vitaminlərə tələbatının artma dövrü, məs., rekonvalessensiya zamanı (həmçinin antibiotikoterapiyadan sonra) və bahar zəifləməsi dövrü.
-  İştahsızlıq
-  Məktəb yaşlı uşaqların həddən artıq yorulması.

 

İstifadə qaydası və dozası:
3 yaşadək uşaqlar: 5 ml gündə bir dəfə; 3 yaşdan yuxarı uşaqlar: 10 ml gündə bir dəfə;
Məktəb yaşlı uşaqlar və yeniyetmələr: 20 ml gündə bir dəfə daxilə qəbul etməli. Məsləhət görülən sutkalıq dozanı aşmamalı. Qəbul etməzdbn əvvəl flakonu çalxalamalı. Flakon açıldıqdan sonra preparatın saxlanma müddəti 85 gündür.

 

Əks göstəriş: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

Saxlanma şəraiti: 15-25°C temperaturda quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Buraxılış forması: Flakon 150 ml.

 

İstehsalçı: "AFLOFARM" Polşa əczaçılıq şirkəti LTD. 95-200 Pabyanise, Partizanska küç. 133/151.

Distribyutor: "Odlar Yurdu-95" şirkəti.