İVKER - EVECARE (kapsullar)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Нəг kapsulun tərkibində olan aktiv komponentlər:

Ekstraktlar: Hind sarakası (Saraca indica) 85 mq; Daşamula (Dashamoola) 35 mq; Simplokos (Symplocos racemosa) 35 mq; Tinospora (Tinospora cordifolia) 35 mq; Köpək üzümü (Solanum nigrum) 35 mq; Diffuz berxaviya (Boerhaavia diffusa) 35 mq; Qulançar (Asparagus racemosus) 35 mq; Adi əzvay (Aloe vera) 25 mq; Ağ səndəl (Santalum album) 25 mq; Fındıq otu (Cyperus rotundus) 25 mq; Damarlı adatoda (Adhatoda vasica) 20 mq; Tripxala (Triphala) 20 mq; Trikatu (Trikatu) 20 mq; Pambıq ağacı (Bombax malabaricum) 15 mq.

Tozlar: Kasisa qodandi bhasma (Kasisa godanti bhasma) 35 mq; Yaşad bhasma (Yashada bhasma) 20 mq.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

Farmakoloji xassələri:
Uşaqlığı stimuləedici xüsusiyyəti sayəsində, İvker menstrual tsikli tənzimləyir. İvker yumurtalıqların toxumalarına stimuləedici təsir etməklə endogen hormonal sekresiyanı nizamlayır, endometriyanın tənzimlənməsini yaxşılaşdırır və bununla da disfunksional uşaqlıq qanaxmalarını nəzarətdə saxlayır. İvker iltihab əleyhinə və spazmolitik təsir göstərir. İvker immunomodulyator və hemopoezə stimuləedici təsirə malik olduğuna görə uşaqlıq pozulmaları zamanı yaranan ümumi zəifliyin və anemiyanın müalicəsində effektiv təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
1. Premenstrual sindrom
2. Dismenoreya
3. Menstrual pozulmalar:
- menorragiya
- metrorragiya
- oliqomenoreya
4. Uşaqlığın disfunksional qanaxmaları

 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

İstifadə qaydası və dozası:
Daxilə.
1 kapsuldan gündə 2 dəfə;
Ağır vəziyyətlərdə 2 kapsuldan gündə 2 dəfə.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

 

Buraxılış forması: 30 kapsul olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com