ESSEL FORTE H (kapsullar)
Beynəlxalq patentləşdirilməmiş adı: Essential phospholipids (EPL-substance)

İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsulun tərkibində: Essensial fosfolipidlər (EPL-substansiya) - 300 mq.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

Farmakoloji xassələri:
Farmakodinamika:
Essensial fosfolipidlər - qaraciyər hüceyrələrinin membran və hüceyrə orqanoidlərinin əsas struktur elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm proseslərinin pozğunluqlarında preparat qaraciyərin yüksək enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə endogen fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında fəaliyyət göstərirlər.
Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.

 

İstifadəsinə göstərişlər:
- xroniki hepatit
- qaraciyər sirrozu
- qaraciyər hüceyrələrinin nekrozu
- qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet)
- qaraciyərin toksiki zədələnmələri
- hamiləlik toksikozu
- hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü
- psoriaz (köməkçi terapiya kimi)
- radiasion sindrom
- şiş əleyhinə kompleks terapiya

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı.

 

Əlavə təsirləri:
Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya.

 

Buraxılış forması: Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanılma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: «Nabros Pharma Pvt. Ltd.» - firmasıdır. National Highway №8, Kheda – 387 411, Hindistan

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com