MENOSAN (tablet)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər tabletin tərkibində olan aktiv komponentlər:

Ekstraktlar: Hind sarakası (Saraca indica) 130 mq; Qulançar (Asparagus racemosus) 110 mq.

Tozlar: Kukkutandatvak bhasma (Kukkutandatvak bhasma) 125 mq; Zaharmohara bhasma (Zaharmohara bhasma) 125 mq; Haritaki (Terminalia chebula) 110 mq; Sida (Sida cordifolia) 105 mq; Lüt biyan (Glycyrrhiza glabra) 100 mq; Asiya sentellası (Centella asiatica) 50 mq.

İşlənilib: Arjuna terminaliyası (Terminalia arjuna), Malabar bombaksı (Bombax malabaricum), Xlorofitum (Chlorophytum arundinaceum).

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

Farmakoloji xassələri:
Menosan preparatının tərkibinə daxil olan fitoestrogenlər estrogenəbənzər təsir göstərərək menopauzanın vazomotor və digər göstəricilərinin aradan qalxmasına səbəb olur.

 

İstifadəsinə göstərişlər: Təbii və cərrahi menopauza

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə.
1 tabletdən gündə 2 dəfə. Müalicə kursu 12 aydan 18 aya qədərdir.

 

Xəbərdarlıqlar:
Süd vəzinin xərçənginə görə əməliyyat olunub, antiestrogen preparatları ilə kimyəvi terapiya qəbul edən qadınlar.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 60 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com