MEMORİ ŞARP - MEMORY SHARP (kapsullar)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər kapsulun tərkibində: Zülal 100 mq; Karbohidrat 100 mq; Heksafosfolipid 200 mq; Vitamin E (100% RDS)* 5 mq; Vitamin C (200% RDS)* 60 mq; Tiamin (100% RDS)* 0,7 mq; Riboflavin (100% RDS)* 0,8 mq; Niasin (100% RDS)* 9 mq; Piridoksin (100% AJR/RDS)* 1 mq; Folat (100% RDS)* 100 mkq; Vitamin B12 (100% RDS)* 0,5 mkq; Biotin (100% RDS)* 0,075 mq; Pantoten turşusu (100% RDS)* 3 mq; Doldurucular k.q.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə

Farmakoloji xassələri:
Təbii komponentlərdən hazırlanmış dietik preparat olub, yaddaşı yaxşılaşdırmaq, intellektual inkişafı və diqqəti təmin etmək üçün istifadə olunur. Memori Şarp serebral tonusverici preparatdır. O, dərhal stimullaşdırıcı effekt verən 3 növ təbii komponentdən ibarətdir: Kola Xanthis - neyrostimullaşdırıcı təsiri vardır, C və B vitaminləri neyronlarda metabolizm prosesini intensivləşdirir, aktiv inqredient Heksofosfolipidlər - mərkəzi sinir sisteminə bərpaedici təsir göstərir.
Beyin hüceyrələrinin aktivliyinin stimullaşması hesabına Memori Şarp yaddaş və intellekti yaxşılaşdırır.

 

İstifadəsinə göstərişlər:
Yaddaşı, diqqəti, intellektual inkişafı yaxşılaşdırmaq üçün istifadə olunur.

 

Əks göstərişlər: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər:

Xüsüsi ilə imtahan zamanı məsləhətdir. Mütəmadi olaraq 2 ay ərzində istifadəsi maksimal effekt verir.
Hamilə və süd verən analara, həmçinin 8 yaşından kiçik uşaqlara məsləhət görülmür.

 

İstifadə qaydası və dozası: 2 kapsuldan səhərlər, yemək zamanı qəbul edilir.

Əlavə təsirləri: Aşkar olunmayıb.

 

Buraxılış forması: Hər blisterdə 10 kapsul olmaqla buraxılır. 3 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti: 2 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 25ºC-dən aşağı temreraturda, işıqdan və rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

İstehsalçı: «Nabros Pharma Pvt.Ltd.» - firması tərəfindən istehsal olunur. Neşnel Xayvey №8, Kxeda – 387 411, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com