PAYLEKS - PILEX (tablet)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Нəг tabletin tərkibində olan aktiv komponentlər:

Tozlar: Təmizlənmiş quqqul (Balsamodendron mukul (Purified)) 0,13 q; Təmizlənmiş şilajit (Shilajeet (Purified)) 16 mq; Melia azadiraxta (Melia azadirachta) 7 mq.

Ekstraktlar: Zərinc (Berberis aristata) 32 mq; Emblika (Emblica officinalis) 16 mq; Haritaki (Terminalia chebula) 16 mq; Terminalia belerika (Terminalia belerica) 16 mq; Kassiya (Cassia fistula) 16 mq; Bauhiniya (Bauhinia variegata) 16 mq; Dəmir mezua (Mesua ferrea) 3 mq.

İşlənilib: Adi kommelina (Commelina salicifolia), Utancaq mimoza (Mimosa pudica), Adi air (Acorus calamus), Blumea (Blumea lacera), Sezalpiniya (Caesalpinia bonducella), Amorfofalus (Amorphophallus campanulatus).

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

 

Farmakoloji xassələri:
Babasil fonunda yaranan ağrıları, iltihabı və qanaxmanı azaldır. Payleks tabletləri venoz damarların və kapilyarların tıxaclanmasını azaldır. Qaraciyərin hiperemiyasını və portal təzyiqini azaldaraq Payleks tabletləri varikoz genişlənmələrin əmələ gətirdiyi qaraciyər pozğunluqlarını azaldır. İltihab əleyhinə və infeksiya əleyhinə təsirlərinə görə Payleks tabletləri iltihabı və infeksiyanı azaldır, sağalmanı tezləşdirir. Payleks tabletlərinin qarın işlətmə xüsusiyyəti babasil fonunda yaranan xroniki qəbizliyi aradan qaldırır.

 

İstifadəsinə göstərişlər:
• Babasil,
• Damarların varikoz genişlənməsi

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq
- hamiləlik

 

İstifadə qaydası ve dozası:
Daxilə.
2-3 tabletdən gündə 3 dəfə yeməkdən sonra 1 həftə müddətində, sonra isə 2 tablətdən gündə 2 dəfə 4-6 həftə müddətində.
Eyni zamanda Payleks məlhəminin istifadəsi daha tez sağalmağa səbəb olur.

 

Xəbərdarlıqlar:
Hamiləlikdə Payleks tabletin istifadəsi məsləhət görülmür. Laktasiya dövründə həkim müşahidəsi altında qəbul edilməlidir.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaql
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com