PAYLEKS - PILEX (məlhəm)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Məlhəmin tərkibində olan aktiv komponentlər:
Ekstraktlar: Utancaq mimoza (Mimosa pudica) 5%; Ağ eklipta (Eclipta alba) 3%; Viteks (Vitex negundo) 3%; Gülümbahar (Calendula officinalis) 2%.
Tozlar: Lavr kamforası (Cinnamomum camphora) 1.225%; Natrium tetraborat (Tankana) 1%; Yaşad bhasma (Yashad bhasma) 1%.
Əsas 100%-əqədər.

İşlənilib: Melia azadiraxta (Melia azadlrachta), Allantus (Allanthus excelsa), Blumea (Blumea balsamifera), Ağ eklipta (Eclipta alba), Askalon soğanı (Allium ascalonicum), Adi air (Acorus calamus), Köpək üzümü (Solanum nigrum), Utancaq mimoza (Mimosa pudica).

 

Farmakoloji xassələri:
Payleks məlhəmi büzücü, iltihab əleyhinə, analgetik, ödem əleyhinə təsirlərə malikdir. Məlhəmin yerli istifadəsi venoz durğunluq əlamətlərinin, ödemin, qanaxmanın azalmasına, mikrosirkulyasiyanın yaxşılaşmasına və hemorroidal düyünlərin aradan qalxmasına köməklik göstərir. Payleks məlhəmi sağalma prosesini sürətləndirir, dəri və selikli qişaların qıcıqlanmasını azaldır. Analgetik və iltihab əleyhinə təsiri hesabına defekasiya prosesini yüngülləşdirir.

 

İstifadəsinə göstərişlər:
• Babasil
• Proktit

 

Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- Hamiləlik.

 

İstifadə qaydası:
Yalnız xaricə istifadə üçündür.
Yerli olaraq gündə 2 dəfə səhər və axşam, həmçinin defekasiya aktından əvvəl və sonra istifadə olunur. Müalicə kursunun minimal müddəti 6-8 həftə təşkil edir. Xəstəliyin ağırlıq dərəcəsi və mərhələsindən asılı olaraq ehtiyac olduqda müalicə kursu 2-3 aya qədər uzadıla bilər.

 

Əlavə təsirləri:
Allergik reaksiyalar mümkündür.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Payleks məlhəmi ilə müalicənin effektivliyi Payleks tabletləri ilə birgə istifadə zamanı yüksəlir.

 

Buraxılış forması: Ucluq-applikator ilə birlikdə 30 qr-lıq laminə olunmuş tublarda buraxılır. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com