GİNOFİT (intim gigiyena üçün nəmləndirici vaginal gel)
İstifadəsi üzrə təlimat

 

 

Tərkibi:
Qliserin, demineralizə olunmuş su, propilenqlikol, hidroksietilsellüloza, levulin turşusu, p-anis turşusu, monohidrat limon turşusu, yüksək təmizlənmiş sodium hidroksid.
Selikli qişaların effektli nəmləndirilməsi gelin balanslaşdırılmış təsiredici komponentlərinə əsaslanır. Qliserin və hidroksietilsellüloza əsaslı suda həll olan gel təbii seliyi əvəz edir, bərabər miqdarda yayılaraq uşaqlıq yolu divarlarını örtür və nəmləndirir.
Dəri və selikli qişaların nəmləndirilməsi üçün istifadə olunan qliserin - yüksək hiqroskopik maddə olub, cinsiyyət yollarının selikli qişa epitelisində nəmliyi uzun müddət saxlamaq qabiliyyətinə malikdir.
Hidroksietilsellüloza - müdafiə kolloidi əmələ gətirərək, bürüyücü mühit yaradır və gelin təsir müddətinin uzanmasına səbəb olur.
Propilenqlikol nəmliyi yaxşı saxlayır.
Limon, p-anis, levulin turşuları və sodium hidroksid pH-ın tənzimləyicisi rolunu yerinə yetirirlər.
Gelin tərkibində etil spirti yoxdur. Tərkibində rəngləyicilər, konservantlar, aromatizatorlar, yağlar, spermisidlər, hormonlar yoxdur.


Məhsulun təyinatı:
İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli qadın cinsiyyət orqanlarının selikli qişasını nəmləndirmək üçün nəzərdə tutulub. İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli nəmləndirici vasitə kimi yetkin yaşlı qadınlarda selikli qışaların quruluğunda, postmenstrual dövrdə, hovuzdan sonra, isti havada, cinsi əlaqədən qabaq intravaginal olaraq istifadə olunur. Gel selikli qişaları nəmləndirir, rahatlıq hissi yaradır. Vaginal gel uşaqlıq yolu təbii sekretinin defisitini bərpa edir, uşaqlıq yolunun divarlarını örtür və nəmləndirir.
Narahatlıq, quruluq hissini, yanmanı, gərginliyi, koitus və intravaginal müdaxilələr zamanı olan ağrıları aradan qaldırır.

Uşaqlıq yolu sekretinin əmələ gəlməsinin pozulması ilə müşayiət olunan, əlavə nəmləndirmə tələb edən vəziyyətlər:

  • təbii menopauza;
  • cərrahi menopauza (uşaqlıqda və yumurtalıqlarda cərrahi əməliyyatlar, erkən yaşlı qadınlarda stress vəziyyəti);
  • bəzi dərman vasitələrinin istifadəsi (antihistaminlər, hipotenzivlər, antidepressantlar, oral kontraseptivlər, antihormonal preparatlar, sitostatiklər);
  • bəzi xəstəliklər (şəkərli diabet, Şeqren sindromu, anemiya); (döşlə əmizdirmə, menstrual tsiklin müəyyən günləri);
  • seksual pozğunluqların bəzi növləri (vaginizm);
  • prezervativlərin istifadəsi;
  • uşaqlıq yoluna alətlərin yeridilməsi ilə bağlı ginekoloji müdaxilələrin aparılması.

 

Təsviri:
İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli eynicinsli rəngsiz qatı gelə bənzər qoxusuz və əlavə qatqısı olmayan mayedir. Gel sınan plomblu və applikator-ucluqlu polietilen tubun - mikroimalənin içinə yerləşdirilib. Mikroimalənin forma və ölçüsü nəmləndirici gelin uşaqlıq yolunun aşağı nahiyələrinə rahatlıqla və təhlükəsiz yeridilməsini təmin edir.

 

Məhsulun istifadəsinə hazırlıq:
Gigiyenik su prosedurlarından sonra istifadəsi məsləhət görülür.
Gel applikator ucluqlu xüsusi funksional-fizioloji formalı mikroimalə ilə uşaqlıq yoluna yeridilir.
İstifadədən öncə mikroimaləni ehtiyatla birdəfəlik istifadə üçün möhürlənmiş polietilen qablaşdırmadan çıxarmaq lazımdır.
1. Ucunu aşağı tutmaqla mikroimaləni çalxalayın.
2. Ucluğu yuxarı qaldırıb plombu sındırın.
3. Arxası üstə uzanın. Mikroimalənin applikatorunu uşaqlıq yoluna yeridin.
4. Mikroimaləni sıxıb kütləsini uşaqlıq yoluna yeridin.
Yumaq olmaz.
Hər mikroimalə birdəfəlik istifadə üçün nəzərdə tutulub.
İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelini ehtiyac olduqda gündəlik istifadə etmək olar.

 

İstifadəsinə əks göstərişlər:
Gelin komponentlərinə qarşı fərdi həssaslıq.
Daxili cinsiyyət orqanlarının, uşaqlıq yolu və ya onun selikli qişasının zədələnmələri, o cümlədən doğuşdan sonrakı vəziyyətlər, infeksiyalar, yeni törəmələr.
Məhsul cinsi yetkinlik yaşına çatmamış qızlar üçün nəzərdə tutulmur.

 

Xüsusi göstərişlər və təhlükəsizlik qaydaları:
İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli yalnız intravaginal istifadə üçün nəzərdə tutulub. Cinsi əlaqədən və ginekoloji müayinələrdən öncə nəmləndirici vasitə kimi istifadə oluna bilər. Latekslə uyğundur.
Intim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelinin tərkibində spermisid komponentlər yoxdur, ona görə də onu hamiləlik əleyhinə vasitə kimi istifadə etmək olmaz.
Geldən istifadə müddəti zamanı gündəlik bezlərdən istifadə etmək məsləhət görülür.
Gel təsadüfən gözə düşərsə onu mütləq su ilə yumaq lazımdır.
Fərdi qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir.

 

Əlavə təsirləri:
İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelinin istifadəsi zamanı əlavə effektlər az təsadüf olunur. Gel selikli qişalarla təmasda olanda heç bir qıcıqlanma vermir. Allergik reaksiyalara meyilli olan şəxslərdə, selikli qişanın xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslığı olur, bu səbəbdən də xüsusən düzgün aparılmayan qulluq, gigiyenanın kifayət qədər olmaması və ya lokal kontraseptivlərin istifadəsi kimi hallar uşaqlıq yolu selikli qişasını zədələndirir, müxtəlif hallarda gelin istifadəsi selikli qişanın qıcıqlanmasına səbəb olur. Belə hallarda gelin istifadəsini dayandırmaq, həmçinin təkrari istifadədən yayınmaq lazımdır.

 

Komplektliyi və buraxılış forması:
Komplektin tərkibinə daxildir: İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli mikroimalədə 5ml olmaqla, fərdi steril polietilen qablaşdırmada, №6 və ya №12 olmaqla içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: Mikroimalə 15-25°С temperaturda və havanın nisbi rütubətliyi 80%-dən yuxarı olmayaraq qızdırıcı cihazlardan 1m aralı məsafədə saxlanmalıdır.
İstehsalçı saxlanma şəraiti və istifadə qaydalarına riayət olunarsa intim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelinin keyfiyyətinə zəmanət verir.
Fərdi qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Saxlanma müddəti: 36 aydır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.

 

İstehsalçı: «Medena AG» (Industriestrasse 16, CH-8910 Affoltern am Albis, İsveçrə) «Tentan AG» üçün (Brunnliweg 16, CH-4433 Ramlinsburg, İsveçrə)

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com.