AĞRIKƏSİCİ BALZAM - PAIN BALM (bədən üçün kosmetik vasitə)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Balzamın hər ml-nin tərkibində olan bitki yağları: Qaulteriya уаrpağı (Gaultheria fragrantissima leaf oil) 120 mq; Çöl nanəsi уаrpağı (Mentha arvensis leaf oil) 120 mq; Şam ağacı (Pinus longifolia oil) 20 mq

Digər komponentlər: serezin, mineral yağ, izopropil miristat, ətirləndirici.

 

Farmakoloji xassələri:
Ağrıkəsici balzam baş, əzələ və oynaq ağrılarında faydalı təsir göstərir.
Balzamın təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır.
Qaulteriya уаrpağı yağının tərkibində olan metilsalisilat, dubil maddələr, arbutin və tanin sağaldıcı, antiseptik, stimuləedici və yayındırıcı xassələri ilə tanınırlar. Tərkibində metilsalisilatın miqdarının çox olması hesabına Qaulteriya yağı xaricə istifadə üçün əzələ və oynaq xəstəliklərində ağrıkəsici və iltihab əleyhinə vasitələrin tərkibində istifadə edilir.
Çöl nanəsi уаrpağı yağının tərkibinə efir yağları, о cümlədən mentol yağı daxildir. Nanə yerli ağrıkəsici və ödem əleyhinə təsir göstərir. Qərbi avropa təbabətində nanə dayaq-hərəkət sisteminin xəstəliklərində, revmatoid və əzələ ağrılarında xaricə istifadə olunur. Nanənin efir yağları sinir oyanıqlığını aradan qaldırır, spazmolitik təsir göstərir, baş beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır.
Şam ağacı yağının tərkibinə α və β-pinen daxildir. Ağrıkəsici, antiseptik, iltihab əleyhinə təsir göstərir. Şam ağacının yağı oynaq iltihabında və onurğa ağrıları zamanı qan dövranını stimulə edir və qızdırıcı təsir göstərir. Artrit, revmatizm, əzələ ağrıları və spazm zamanı effektivdir. Şam ağacının yağı fiziki işdən sonra əzələlərdə yorğunluq və gərginlik hissini aradan qaldırmaq üçün təyin olunur.

 

İstifadəsinə göstərişlər:
- baş ağrıları
- oynaq ağrıları
- müxtəlif etiologiyalı mialgiyalar

 

Əks göstərişlər:
- balzamın komponentlərinə qarşı yüksək həssaslıq;
- 2 yaşa qədər uşaqlar;
- hamiləlik;
- laktasiya dövrü;
- bronxospazma meyilli olan şəxslər.

 

İstifadə qaydası:
Xaricə istifadə üçünl
Az miqdarda balzam baş, oynaq və əzələ ağrıları zamanı zədələnən nahiyəyə gündə 2-3 dəfə çəkilir. Daha effektli nəticə almaq üçün balzam yüngül massaj ilə çəkilir.

 

Xüsusi göstərişlər və xəbərdarlıqlar:
Balzamın komponentlərinə qarşı allergik reaksiya ola bilər.
Açıq yaralara və selikli qişalara düşməsi qadağandır.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

 

Buraxılış forması:
- 10 ml balzam olmaqla şüşə flakonda buraxılır.
- 50 ml balzam olmaqla plastik germetik flakonda buraxılır.
Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C±2°C temperaturda, quru və uşaqlann əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq!

Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com