LİV-52 (damcı)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər ml-in tərkibində olan aktiv komponentlər:
Ekstraktlar: Tikanlı kapers (Capparis spinosa) 17 mq; Kasnı (Cichorium intybus) 17 mq; Köpək üzümü (Solanum nigrum) 8 mq; Arjuna terminaliyası (Terminalia arjuna) 8 mq; Qərbi kassiya (Cassia occidentalis) 4 mq; Adi boymadərən (Achillea millefolium) 4 mq; Qall tamariksi (Tamarix gallica) 4 mq.

İşlənilib: Ağ eklipta (Eclipta alba), Filantus niruri (Phyllanthus amarus), Diffuz berxaviya (Boerhaavia diffusa), Tinospora (Tinospora cordifolia), Qırmızı turp (Raphanus sativus), Emblika (Emblica officinalis), Seylon plumbaqosu (Plumbago zeylanica), Yalançı qara bibər (Embelia ribes), Haritaki (Terminalia chebula), Dərman şahtərəsi (Fumaria officinalis).

 

Farmakoterapevtik qrupu:
Bitki mənşəli preparat. Hepatoprotektor, ödqovucu dərman vasitəsi.

 

Farmakoloji xassələri:
LİV-52 qaraciyəri qoruyur və onun parenximasını bərpa edir, orqanın funksional effektivliyini yüksəldir, sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin edir. Antioksidant təsirə malik olduğuna görə LİV-52 hüceyrə membranının zədələnməsinin qarşısını alır. LİV-52 sitoxrom P450–nin səviyyəsini normallaşdırır. Asetaldehidin, alkoqol metabolizminin aralıq toksik məhsulunun eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqol təsirindən yaranan zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm zamanı qaraciyərin piy infiltrasiyasının qarşısını alır. Presirrotik vəziyyətlərdə LİV-52 xəstəliyin inkişafını tormozlayır, qaraciyərin gələcəkdə zədələnməsinin qarşısını alır, həyatın keyfiyyətini yaxşılaşdırır. Hər gün profilaktik məqsədlə istifadə zamanı LİV-52 iştahanı artırır və həzmi yaxşılaşdırır, bu da çəkinin artmasına səbəb olur.

 

İstifadəsinə göstərişlər:
1. Müalicə və profilaktika məqsədi ilə:

  • virus hepatiti;
  • qaraciyərin alkoqol xəstəlikləri;
  • presirrotik vəziyyətlər və sirrozun başlanğıc mərhələləri;
  • zülal çatışmazlığı;
  • iştahanın olmaması;
  • kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri.

2. Hepatotoksik preparatların istifadəsi zamanı.
3. Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən maddə kimi.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz.

 

İstifadə qaydası və dozası:
Daxilə.

Kəskin virus hepatiti:
0-3 aylıq uşaqlarda: 1-2 damcı gündə 2-3 dəfə.
3 aydan 1 yaşa kimi olan uşaqlarda: 2-3 damcı gündə 2-3 dəfə.
1-3 yaşında olan uşaqlarda: 3-5 damcı gündə 3-4 dəfə.

Anoreksiya və kütlənin azalması zamanı:
1 yaşadək uşaqlarda: 5-10 damcı gündə 3 dəfə.
1 yaşdan yuxarı uşaqlarda: 10-20 damcı gündə 3 dəfə.

Fizioloji sarılıqda:
5 damcı gündə 2 dəfə.
İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır.

 

Xəbərdarlıqlar: Yoxdur.

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Birgə istifadə zamanı:
sorulmanı ləgitmək hesabına Liv.52 ibuprofenin qandakı olan səviyyəsini azaldır;
Tetrasiklinin və doksisiklinin biomənimsənilməsini azaldır.

 

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 60 ml və ya 100 ml-lik “nəzarət qapaqlı” flakonlarda buraxılır. Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Rеsеptsiz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com.