GERİFORTE (şərbət)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər 5 ml şərbətin tərkibində olan aktiv komponentlər:
Tozlar: Çyavanpraş konsentratı (Chyavanprash concentrate) 100 mq; Təmizlənmiş şilajit (Shilajeet (Purified)) 20 mq; Zəfəran (Crocus sativus) 5 mq.

Ekstraktlar: Tikanlı kapers (Capparis spinosa) 20 mq; Kasnı (Cichorium intybus) 20 mq; Zərinc (Berberis aristata) 15 mq; Damarlı adatoda (Adhatoda vasica) 15 mq; Köpək üzümü (Solanum nigrum) 10 mq; Arjuna terminaliyası (Terminalia arjuna) 10 mq; Vitaniya (Withania somnifera) 10 mq; Tinospora (Tinospora cordifolia) 10 mq; Üzüm (Vitis vinifera) 10 mq; Diffuz berxaviya (Boerhaavia diffusa) 10 mq; Finik palması (Phoenix dactylifera) 10 mq; Adi boymadərən (Achillea millefolium) 5 mq; Qall tamariksi (Tamarix gallica) 5 mq; Qərbi kassiya (Cassia occidentalis) 5 mq; Fırçaşəkilli qulançar (Asparagus racemosus) 5 mq; Lüt biyan (Glycyrrhiza glabra) 5 mq; Asiya sentellası (Centella asiatica) 5 mq; Haritaki (Terminalia chebula) 5 mq; Yalançı qara istiot (Embelia ribes) 5 mq; Hind sferantusu (Sphaeranthus indicus) 5 mq; Dəmir tikanı (Tribulus terrestris) 5 mq; Məxməri paxlalar (Mucuna pruriens) 2,5 mq; Cövüz (Myristica fragrans) 2,5 mq; Uzun bibər (Piper longum) 2,5 mq; Cövüz qabığı (Myristica fragrans (Mace)) 2,5 mq; Mixək (Syzygium aromaticum) 2,5 mq; Adi kardamon (Elettaria cardamomum) 2,5 mq; Hind zirəsi (Carum copticum) 2,5 mq; Uzun kurkuma (Curcuma longa) 2,5 mq; Sahilyanı qulançar (Asparagus adscendens) 2,5 mq; Sezalpiniya (Caesalpinia digyna) 2,5 mq; Ağ eklipta (Eclipta alba) 2,5 mq; Jiotişmati (Celastrus paniculatus) 2,5 mq; Argireya (Argyreia speciosa) 2,5 mq.

İşlənilib: Emblika (Emblica officinalis), Haritaki (Terminalia chebula), Ağ eklipta (Eclipta alba), Fırçaşəkilli qulançar (Asparagus racemosus), Baş soğan (Allium сера), Sarımsaq (Allium sativum), Filantus niruri (Phyllanthus amarus), Diffuz berxaviya (Boerhaavia diffusa), Tinospora (Tinospora cordifolia), Zərinc (Berberis aristata), Qırmızı turp (Raphanus sativus), Dəmir tikanı (Tribulus terrestris), Yerkökü (Daucus carota), Ətirli kərəvüz (Apium graveolens), Quyava (Psidium guyava), Hind akasiyası (Cyamopsis psoralioides), Razyana (Foeniculum vulgare), Nut (Cicer arietinum), Keşniş (Coriandrum sativum), Daşamula (Dashamoola).

 

Farmakoterapevtik qrupu:
Bioloji aktiv əlavə.

 

Farmakoloji xassələri:
Antistress, adaptogen təsirinə görə Geriforte degenerativ dəyişiklikləri ləngidir və hüceyrənin regenerasiyasını və bərpasını sürətləndirir. Gerifortenin antioksidant təsiri əsasında azad radikalların sayı azalır, immunomodulyator aktivliyi isə bədən immunitetini artırır. Geriforte qocalma ilə əlaqələndirilən
fizioloji dəyişiklikləri ləngidir, fiziki potensialı artırır, yorğunluğu aradan qaldırır və yaxşı sağlamlıq vəziyyətini təmin edir. Geriforte tənəffüs funksiyasını yüngülləşdirir, qan dövranını yaxşılaşdırır və lipidlərin artmış səviyyəsini azaldaraq ürək-damar fəaliyyətinə kömək edir. Geriforte piylərin və karbohidratların metabolizmini tənzimləyir, iştahanı, qidanın həzmini və mənimsənilməsini yaxşılaşdırır. Geriforte bütün orqanizmi cavanlaşdırır və qocalma ilə əlaqələndirilən dəri dəyişikliklərini ləngidir.

 

İstifadəsinə göstərişlər:
1. Gündəlik profilaktik tonizəedici vasitə kimi
2. Geriatrik stress
3. Ümumi narahatlıq, yüksək gərginlik və peşə ilə əlaqələndirilən stress
4. Postmenopauzal sindrom
5. Uzunmüddətli xəstəlik və sağalma zamanı köməkçi vasitə kimi.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə.
Başlanğıcda 2 çay qaşığından gündə 2 dəfə, sonra isə 1 çay qaşığından gündə 2 dəfə olmaqla davam etmək olar.
İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır!

 

Xəbərdarlıqlar:
Əgər postmenopauzal əlamətlər aradan qalxmırsa və daha da kəskinləşirsə ginekoloqa müraciət etmək lazımdır.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 200ml-lik "nəzarət qapaqlı" flakonlarda buraxılır. Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqlann əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com.