ZEYOFOL (kapsullar)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər kapsula daxildir: Yod 150 mkq; Fol turşusu 400 mkq; Selen 55 mq

Zeyofol – tərkibindəki yodun hesabına orqanizmdə yod çatışmazlığını ardan qaldırır və yod defisiti nəticəsində yaranan xəstəliklərin qarşısını alır. Tərkibindəki fol turşusu hesabına fol turşusu defisitini aradan qaldırır. Bundan başqa preparatın tərkibində selen olduğu üçün yod və fol turşusunun orqanizmdə göstərdiyi təsir effekti daha da aktivləşir. Zeyofol tam təhlükəsiz preparatdır, ona görə də hamilə qadınlarda da tətbiq olunur.

 

Göstərişlər:

  • hamiləlik və laktasiya dövründə yod defisitinin profilaktikası
  • hamiləlik və laktasiya dövründə fol turşusunun defisitinin profilaktikası
  • döl-cift qan dövranı pozğunluqları
  • ciftin hissəvi və tam qopması halları
  • endemik zobun profilaktikası və müalicəsi
  • hipotireoz
  • qeyri-toksiki diffuz zobun müalicəsi

 

Əks göstərişlər: Həssaslıq, hipertireoz.

Əlavə təsiri:

Nadir hallarda allergik reaksiya müşahidə oluna bilər.

 

Dozalanması: 1 kapsuldan gündə 1 dəfə su ilə qəbul etməli.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim.